Qobustanda torpaq uçqunu zamanı xəsarət alan balıqçının VƏZİYYƏTİ AÇIQLANDI
Far.Az xəbər saytı

Qobustanda torpaq uçqunu zamanı xəsarət alan balıqçının VƏZİYYƏTİ AÇIQLANDI


Kliniki Tibbi Mərkəz Qobustanda torpaq uçqunu zamanı xəsarət alan balıqçının vəziyyətini açıqlayıb.

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, avqustun 19-da bir nəfər (kişi cinsli) müxtəlif növ xəsarətlərlə Kliniki Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

1990-cı il təvəllüdlü şəxsə hər iki qabırğanın fəsadlaşmamış yerdəyişmiş sınığı, burun və almacıq sümüyünün sınığı, aşağı ətrafların zədələnməsi diaqnozu təyin olunub.

Zəruri ilkin tibbi yardım göstərilən şəxsin müalicəsi Travmatologiya şöbəsində davam etdirilir. Vəziyyəti orta ağır qiymətləndirilir.

*** 10:25

Qobustanda 38 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

Far.Az report-a istinadən xəbər verir ki, 1987-ci il təvəllüdlü Rəşad Cəsarət oğlu Əhmədov Qobustan kəndi ərazisində çayda balıq tutarkən yaxınlıqdakı dərəlik ərazidən torpaq qatın qoparaq üzərinə düşməsi nəticəsində hadisə yerində ölüb.

Hadisə zamanı xəsarət alan 1990-cı il təvəllüdlü Niyaməddin Şayəddin oğlu Osmanov isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bir qrup dövlət qulluqçusu təltif edilib - SƏRƏNCAM
Media nümayəndələri təltif edilib - Prezidentdən SƏRƏNCAM
Vəkilliyə qəbulla bağlı imtahanda uğur qazanan şəxslərin adları açıqlanıb
Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanlar açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər