Ötən il Azərbaycanda pnevmoniyaya yoluxan 400-dən çox şəxs ölüb
Far.Az xəbər saytı

Ötən il Azərbaycanda pnevmoniyaya yoluxan 400-dən çox şəxs ölüb


Ötən il Azərbaycanda pnevmoniyaya yoluxmada artım müşahidə olunub.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. 

Bildirilib ki, 2024-cü ildə ölkədə ilk dəfə pnevmoniya diaqnozu qeydə alınan xəstələrin sayı 64 min 227 (2013-cü ildə 58 min 507 nəfər) nəfər olub.

Bundan başqa, həmin şəxslərdən 32 min 234-ü kişi, 31 min 993-ü isə qadın olub. Eyni zamanda xəstələrdən 13 min 362-i 3-13 yaş, 4 min 84-ü 14-17 yaş, 11 min 498-i isə 18-29 yaş aralığında olub. Həmçinin 30 və yuxarı yaşda isə 35 min 283 nəfər ötən il pnevmoniyaya yoluxub

Həmin müddətdə ölkə üzrə pnevmoniyalardan ölənlərin sayı 425 (şəhər yerləri üzrə 224, kənd yerləri üzrə 201) nəfər təşkil edib.

2023-cü ildə isə ölkə üzrə bütün səbəblərdən ölənlərin ümumi sayı 60 min 150 nəfər təşkil edib ki, onlardan da 445 nəfəri pnevmoniya xəstəlikləri (ölənlərin ümumi sayına nisbətən 0,7 faiz) səbəbindən olub.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər