Azərbaycanda həbs edilən hindistanlı kriminal avtoritet ölkəsinə qaytarılacaq
Far.Az xəbər saytı

Azərbaycanda həbs edilən hindistanlı kriminal avtoritet ölkəsinə qaytarılacaq


Azərbaycan ötən il Bakıda həbs edilmiş hindistanlı kriminal avtoritet Mayank Sinqhi yaxın günlərdə ölkəsinə ekstradisiya edəcək.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunun üçün Hindistanın Antiterror bölməsinin üç əməkdaşından ibarət qrup Azərbaycana gəlib.

Məlumata görə, Mayank Sinqh Hindistana avqustun 22-23-də təhvil veriləcək.

Bu ilin mart ayında məlum olub ki, Azərbaycan Carkhand ştatının ən çox axtarılan cinayətkarı, Sunil Mina kimi tanınan Mayank Sinqhin Hindistana ekstradisiyasını təsdiqləyib.

Hindistanın Antiterror bölməsi İnterpol vasitəsilə Azərbaycana Mayank Sinqhin cinayətkar fəaliyyətinə dair inandırıcı sübutlar təqdim edib ki, bu da onun ekstradisiyası barədə qərarın qəbul edilməsini tezləşdirib.

Hindistandan qaçmazdan əvvəl Mayank Sinqh Racastxan, Pəncab və Haryana ştatlarında səs-küylü cinayətlər törədib.

Hindistandan qaçmasına baxmayaraq, qanqster internet zəngləri vasitəsilə hind iş adamlarını hədələyərək, onlardan pul tələb etməklə cinayətkar fəaliyyətini davam etdirib. O, sosial mediada silahla şəkillərini paylaşaraq, açıq şəkildə öz cinayətkar fəaliyyətini təbliğ edib.

Oxşar xəbərlər

Bakı həbsxanasında saxlanılan hindistanlı "kriminal avtoritet" ölkəsinə ekstradisiya ediləcək
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər