Bakıda narkotiklə saxlanılan erməni məhkəmədə: "Azərbaycanlıyam və bununla da fəxr edirəm"
Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Artur Avakyanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Far.Az Oxu.Az-a itinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənin anket məlumatları dəqiqləşdirilib.
Məlum olub ki, A.Avakyan Gəncə şəhərində anadan olsa da, Bakının Xəzər rayonu ərazisində yaşayıb.
Milliyyətcə erməni olan Artur Avakyan tərcüməçiyə ehtiyacı olmadığını deyib:
"Cənab hakim, mən Gəncədə böyümüşəm və Azərbaycan dilində rahat danışıram. Mən azərbaycanlıyam və bununla da fəxr edirəm. Məhkəmənin ədalətinə də güvənirəm. Buna görə də tərcüməçiyə ehtiyac duymuram".
Cinayət işi məhkəmə baxışına verilib.
Baxış iclası sentyabrın 11-nə təyin edilib.
Qeyd edək ki, Artur Avakyan paytaxt ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. A.Avakyan barəsində ilkin istintaq dövründə həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB
Qaradağlı faciəsi ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub
Vaxtilə işğalda olan Azərbaycan ərazilərinin "Ermənistana birləşdirilməsi" niyyəti məhkəmədə ifşa olunub
Ermənistan vətəndaşından məhkəmədə etiraf
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
ABŞ ordusu Ukraynanın dron təcrübəsindən yararlanır
-
AFFA Region Liqasına yeni formatda start verilib
-
"İpək Yolu Sığorta" maliyyə vəziyyətini açıqlayıb
-
Qubada avtomobil aşıb, ölən və yaralılar var













