Rəqsanənin ərinə də cinayət işi açıldı - Ölkədən çıxa bilməz
Far.Az xəbər saytı

Rəqsanənin ərinə də cinayət işi açıldı - Ölkədən çıxa bilməz


1 milyon manatlıq dələduzluq ittihamı ilə həbs edilən müğənni Rəqsanə İsmayılovanın əri Fazil Əmiraslanov da cinayət məsuliyyətinə cəlb edilib.

Far.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, F.Əmiraslanov da eyni işlə bağlı xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunur.

İş adamı təqsirləndirilən şəxs qismində cəlb edilsə də, həbs edilməyib. Onun haqda "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilib. F.Əmiraslanov istintaq bitənə qədər ölkədən kənara çıxa bilməz.

Məlumatı onun vəkili Ramal Şahmarov saytımıza təsdiq edib.

Qeyd edək ki, cinayət işi Sabunçu Rayon Polis İdarəsinin İstintaq İdarəsində istintaq olunur. Rəqsanə və ərinə qarşı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham verilib. Dəymiş ziyan ödənilmədiyi halda bu maddə ilə təqsirli bilinən şəxs 10 ildən 14 ilə kimi azadlıqdan məhrum edilə bilər.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
İxracdan əldə olunan 24 milyon manata yaxın pulu ölkəyə qaytarmayan daha bir qrup şəxs məsuliyyətə cəlb olunub
Kənd təsərrüfatı məhsullarının ixracından gələn 20 milyon manata yaxın pulu Azərbaycana qaytarmayan şəxslər müəyyən edilib
Oleq Bakinski barəsində olan həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı yenidən vəsatət verilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər