Anasının məzar daşını düzəltdirmək üçün oğurluq etdi
Bakının Nizami rayonunda fəaliyyət göstərən mağazalardan birində oğurluq hadisəsi baş verib.
BAKU.WS "Qaynarinfo"ya istinadla xəbər verir ki, mağazadan 3 968 manat dəyərində mobil telefon və müxtəlif aksesuarlar oğurlanıb. Hadisəni törədən şəxs obyektə saxlanc yerinin dam örtüyünü sındırmaqla daxil olub.
Mağaza sahibi hadisə barədə Daxili İşlər Nazirliyinin "102" xidmətinə müraciət edib. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən P.Bağırov adlı şəxs saxlanılıb. Daha sonra ona Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham elan edilib. Həmçinin barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. Cinayət işinə Nizami Rayon Məhkəməsində hakim Nəriman Mehdiyevin sədrliyi ilə baxılıb.
Məhkəmə zamanı P.Bağırov verilmiş ittihamla özünü təqsirli bilib. O, qeyd edib ki, hadisəni anasının məzar daşını düzəltdirmək üçün törədib. Təqsirləndirilən şəxs mərhum anasının 40 mərasiminin yaxınlaşdığını, lakin məzar daşını düzəltdirmək üçün maddi imkanı olmadığını, bu səbəbdən də oğurluq edərək vəziyyətdən çıxmağı düşündüyünü deyib.
Məhkəmənin hökmü ilə P.Bağırova iki il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun şəxs qismində tutulduğu iki gün müddət bir günə iki gün hesabı ilə təyin olunmuş cəzadan çıxılıb və üzərində qəti olaraq 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xadimə işləyən qadın ərindən ayrıldı, özünə təzə sevgili tapdı – Küçədə qanlı cinayət
Ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir
-
Tramp Rubionun ABŞ dövlət katibi vəzifəsində qalacağını bildirib













