Moskvada Satira Teatrının keçmiş direktoru Məmmədəli Ağayev saxlanılıb
Rusiya Daxili İşlər Nazirliyi və Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Moskva Satira Teatrının keçmiş direktoru Məmmədalı Ağayevi Moskvada saxlayıblar.
Far.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk məlumat verib.
"Rusiya Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə İqtisadi Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməliyyatçıları Federal Təhlükəsizlik Xidmətinin Moskva şəhəri və Moskva vilayəti üzrə İdarəsinin əməkdaşları ilə birlikdə paytaxt sakinini saxlayıblar. Ən böyük teatrlardan birinin keçmiş direktoru dələduzluqda şübhəli bilinir", - o, öz teleqram kanalında yazıb.
Təqsirləndirilən şəxs istintaq fəaliyyətinin aparılması üçün Rusiya Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsinin Mərkəzi İnzibati Dairəsinə çatdırılıb. Saxlanılan şəxsin və yaxın qohumlarının hesabları dondurulub.
Məmmədəli Ağayev 1985-ci ildən teatrda baş inzibatçı, rejissor köməkçisi, direktor müavini, icraçı direktor vəzifələrində çalışıb, 1992-ci ilin noyabrından 2021-ci ilin dekabrınadək isə Moskva Akademik Satira Teatrının direktoru olub.
Oxşar xəbərlər
Ruben Vardanyanın votsapda və teleqramda apardığı gizli danışıqlar məhkəmə zalında nümayiş etdirilib
Ermənistanın hərbi təcavüzü zamanı əsir düşənlər məhkəmədə işgəncələr barədə ifadə veriblər
Qaradağlı faciəsi ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub
Ermənistan vətəndaşından məhkəmədə etiraf
Vaxtilə işğalda olan Azərbaycan ərazilərinin "Ermənistana birləşdirilməsi" niyyəti məhkəmədə ifşa olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir
-
Tramp Rubionun ABŞ dövlət katibi vəzifəsində qalacağını bildirib













