Musiqi aləminin "Kabus"u altı yaşında dünyanı necə "fəth etdi"?
Musiqi dahisi Endryu Lloyd Vebber altı yaşında süitalar bəstələməyə başlayaraq gələcəkdə dünyanın ən məşhur müzikllərinin müəllifinə çevrilib.
Şair Tim Rays ilə tanışlığı onun həyatını dəyişib və "İsa Məsih - Superulduz" ilə "Evita" əsərləri ona şöhrət qazandırıb. 1980-ci illərdə yazdığı "Pişiklər" və "Opera kabusu" müziklləri dünya teatr tarixində əfsanəyə çevrilib.
Endryu Lloyd Vebber ikinci həyat yoldaşı, müğənni Sara Braytmanı səhnədə ucaltsa da, məşhurluq onların ailəsini dağıdıb. Bəstəkar alkoqol asılılığı ilə mübarizə aparıb, daha sonra prostat xərçəngi səbəbindən bir neçə əməliyyat keçirib. O, hətta İsveçrədə evtanaziya istəsə də, professor Rocer Kirbinin əməliyyatı sayəsində xəstəliyi məğlub edib.
Lakin 2023-cü ildə onun böyük oğlu Nikolas xərçəngdən vəfat edib və Vebber bu itkini həyatının ən ağır dərdi adlandırıb. "Qremmi", "Oskar" və digər nüfuzlu mükafatların sahibi olan bəstəkar həm də Britaniya Kraliçası tərəfindən baron titulu ilə təltif olunub.
Ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bir qrup dövlət qulluqçusu təltif edilib - SƏRƏNCAM
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Burger King" Bakıdan kənarda ilk restoranını Sumqayıtda açdı!
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Qazaxıstan COP31-də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.
-
Gəncədə sərnişin avtobusu işıq dirəyinə çırpılıb
-
Azərbaycan daxil olmaqla, 50 ölkənin lideri Dublində EPC sammitində bir araya gələcək













