Sumqayıtda iki dəvəquşu və 13 tutuquşu IDEA tərəfindən xilas edilib
Sentyabrın 2-də IDEA İctimai Birliyinin təşəbbüsü ilə Daxili İşlər Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələrinin iştirakı ilə Sumqayıt şəhərində yerləşən Nəsimi adına mədəniyyət və istirahət parkında fəaliyyət göstərən "Turan" restoranında təcili araşdırma tədbirləri həyata keçirilib.
Birlikdən verilən məlumata görə monitorinq nəticəsində sözügedən iaşə obyektinin ərazisində qanunsuz olaraq 2 dəvəquşu və 13 yaxalıqlı tutuquşunun saxlanıldığı aşkarlanıb.
Həmin heyvanlar Bakı Zooloji Parkının baytar mütəxəssisləri tərəfindən ərazidən götürülüblər. Hal-hazırda klinik şəraitdə müayinə və reabilitasiya işləri aparılır.
Qeyd edək ki, əvvəllər Bakı şəhərinin parklarında və yaşıllıqlar mövcud olan digər ərazilərdə çoxsaylı tutuquşu məskunlaşmışdı. Lakin ötən əsrin sonlarında mövcud olan ekoloji problemlər səbəbindən bu növlərin sayı kəskin azalıb.
Bir neçə il əvvəl şəhər mühitinə aid olan heyvan növlərinin mühafizəsi istiqamətində aparılan layihələrin tərkib hissəsi olaraq Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə "Urban Ecology" (Şəhər ekologiyası) layihəsi çərçivəsində Bakı şəhərində təbiətə yaxalıqlı tutuquşular buraxılıb. Sumqayıt şəhərində xilas edilən 13 tutuquşunun da eyni qayda ilə tezliklə təbiətə reintroduksiyası nəzərdə tutulur.
Son illər ölkədə aparılan geniş yaşıllaşdırma və abadlaşdırma işləri, həmçinin IDEA İctimai Birliyinin töhfələri sayəsində Bakıda qanunsuz ağac kəsilməsi halları azalıb və saysız-hesabsız yeni ağaclar əkilib ki, bu da şəhərimizdə bir çox fauna növlərinin reintroduksiyası üçün münbit şərait yaradır.
IDEA İctimai Birliyi bir daha vətəndaşları təbiəti qorumağa çağırır və vəhşi heyvanların qanunsuz olaraq saxlanması hallarına yol verilməməsini, bu kimi hallarla rastlaşdıqda, IDEA İctimai Birliyinin 1113 "Təbiətə Təcili Yardım" qaynar xəttinə və ya rəsmi sosial media kanallarına məlumat vermələrini xahiş edir.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycanda klinik protokol çatışmazlığı: Həkimlər və xəstələr üçün RİSKLƏR
Şahdağ Milli Parkının İsmayıllı bölməsində nadir heyvanlar vəhşi təbiətə buraxılıb
Ev şəraitində baş verən zəhərlənmə və 162 şübhəli müraciət: Yayda nədən uzaq durmalıyıq?
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir
-
Tramp Rubionun ABŞ dövlət katibi vəzifəsində qalacağını bildirib
-
Çin yeni "SatNet" internet peyk qrupunu uğurla orbitə çıxarıb













