İzmirdə nə baş verib? Polis bölməsinə hücumun TƏFƏRRÜATI
İzmirdə polis bölməsinə silahlı hücum edilib.
BAKU.WS xəbər verir ki, şəhərin Balçova nölgəsində E.B. adlı şəxs bölməyə daxil olaraq silahla polislərə atəş açıb.
Nəticədə iki polis yaralanıb, iki polis isə ölüb. Ölən polislər Muhsin Aydemir və Hasan Akındırlar.
Yaralılardan biri Ömer Amilağın vəziyyəti isə ağırdır. Polis Hasan Dağlı isə hadisə nəticəsində yüngül bədən xəsarətləri alıb.
Aparılan araşdırmalar zamanı hadisəni 16 yaşlı yeniyətmənin törətdiyi ortaya çıxıb. Polislər onu yaxalayaraq həbs ediblər. Sonradan həmin şəxsin aldığı xəsarətlərdən xəstəxanada vəfat etdiyi məlumatı da yayılıb.
Yeniyətmənin hadisəni törətdiyi silahı 10 il əvvəl atası alıb.
Daxili işlər naziri Ali Yerlikaya yaşanan insidentlə bağlı açıqlama yayıb. O Türkiyə xalqına başsağlığı verib.
"Millətimizə başsağlığı verirəm. İzmirin Balçova şəhərində Salih İşgören Polis İdarəsinə silahlı basqın edilib. Təəssüflər olsun ki, bu dəhşətli hücumdan sonra polis rəisimiz, polis baş inspektorumuz Muhsin Aydemir və polis məmurumuz Həsən Akın şəhid olub. Polis əməkdaşımız Ömər Amilağ ağır, polis əməkdaşımız Murat Dağlı isə yüngül yaralanıb. Qəhrəman şəhidlərimizə Allahdan rəhmət, yaralananlara isə tezliklə şəfa diləyirəm. Hadisədə şübhəli bilinən E.B. (16), saxlanılıb. Faktla bağlı araşdırmalara başlanılıb. Baş verən hadisələr barədə ictimaiyyətə məlumat veriləcək" -deyə, nazir qeyd edib.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Zərərçəkmiş Laçın sakini: İşğala qədər bizim kənd mütəmadi olaraq Ermənistan tərəfindən atəşə tutulurdu
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB
Ermənistanın 2016 və 2020-ci illərdə Azərbaycanda mülki şəxslərə qarşı törətdiyi cinayətlərlə bağlı açıqlama
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İlin ən uğurlu ayı başlayır - Bu 3 BÜRC varlanacaq
-
Konqoda ebola virusundan ölənlərin sayı 860-ı keçib
-
Cenk Sümer: "Neftçi"nin hədəfi çempion olmaqdır"
-
Hindistanda fişəng fabrikində baş verən partlayışda səkkiz nəfər həlak olub
-
Mbappe dünya çempionatları tarixinin bombardirlər siyahısında liderliyə yüksəlib
-
Rusiyada "Mi-2" helikopteri qəzaya uğrayıb, pilot həlak olub













