Bakıda yaşayış binasında elektrik "şiti" partlayıb, sakinlər təxliyə edilib
Far.Az xəbər saytı

Bakıda yaşayış binasında elektrik "şiti" partlayıb, sakinlər təxliyə edilib


Bakıda yaşayış binasında yanğın təhlükəsi yaranıb.

Far.Az-in "qaynar xətti"nə daxil olan məlumata görə, hadisə S.S.Axundov küçəsi, bina 4, blok 36 ünvanında qeydə alınıb. Bildirilir ki, elektrik şiti yüklənmədən yanıb və partlayıb. Nəticədə güclü tüstülənmə və yanğın təhlükəsi yaranıb.

Hadisə zamanı sakinlər təxliyə olunmaqda çətinlik çəkiblər. Yalnız Fövqəladə Hallar Nazirliyinin əməkdaşları əraziyə gəldikdən sonra vəziyyət nəzarətə alınıb.

Sakinlərin sözlərinə görə, şitdə əlavə müdaxilələrə görə yüklənmə olub və bu səbəbdən partlayış baş verib. Onlar bildiriblər ki, daha əvvəl də oxşar problem yaşanıb, lakin şikayətlərə baxılmayıb.

Sakinlər aidiyyəti qurumlardan məsələyə diqqət ayırmağı, normal elektrik şiti quraşdırmağı və əlavə qoşulmaların qarşısını almağı tələb edirlər.

Şahanə Xankişiyeva

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanlar açıqlanıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bir sıra heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər