Fidan Mahmudova yüksək vəzifəyə təyin olundu
Far.Az xəbər saytı

Fidan Mahmudova yüksək vəzifəyə təyin olundu


Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) sabiq departament müdiri Fidan Mahmudova yeni vəzifəyə təyin olunub.

Far.Az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, o, müvafiq əmrlə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Əmək Mərkəzində fəaliyyətə başlayıb.

F.Mahmudova fəaliyyətini artıq İƏT-in Əmək Mərkəzində Çoxtərəfli əlaqələr və strateji tərəfdaşlıq departamentinin direktoru vəzifəsində davam etdirir.

Qeyd edək ki, İƏT-in Əmək Mərkəzi Bakıda yerləşir. Qərargahı Bakı şəhərində olmaqla İƏT-in Əmək Mərkəzi 2023-cü ildə yaradılıb.

Xatırladaq ki, F.Mahmudova 2024-2026-cı illərdə TƏBİB-in Beynəlxalq əlaqələr departamentinin rəhbəri vəzifəsində çalışıb. O, iyun ayında TƏBİB-in İcraçı direktoru Anar Bayramovun əmri ilə vəzifədən azad olunub.

Oxşar xəbərlər

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Lökbatanda anbardakı yanğınla bağlı əməliyyat qərargahı yaradıldı - YENİLƏNİB-4
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Hər kəs üçün təhsil: İnklüzivliyə dair ilk üçdilli kitab təqdim olundu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər