Əli Əhmədov: Zəngəzur dəhlizi Prezident İlham Əliyevin adını daşımalıdır
Zəngəzur dəhlizi Prezident İlham Əliyevin adını daşımalıdır.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində keçirilən "Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi" mövzusunda xüsusi iclasda Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov deyib.
Əli Əhmədov Azərbaycanın yeni tarixinin yaradıldığını söyləyib: "Biz hamımız da yaradılan yeni parlaq səhifələrə şahidik. Azərbaycan və Prezident İlham Əliyev sadəcə, Azərbaycanın yeni tarixini yaratmaqla kifayətlənmir, eyni zamanda regionun yeni tarixini yaratmaq missiyasını öz üzərinə götürüb. Hər bir dövlətin qüdrətini göstərən 3 amil var. Bura ölkənin iqtisadiyyatı, ordusu , diplomatiyası daxildir. Diplomatiya sahəsində əldə olunan nailiyyətlər daha çox şəxsiyyət və lider amilinə istinad edir. Vaşinqtonda əldə edilən Azərbaycanın böyük diplomatik qələbəsinin müəllifi Prezident İlham Əliyevdir. Eyni zamanda bu, Azərbaycanın ABŞ-la əlaqələrinin yeni keyfiyyət mərhələsinin inkişafıdır, Azərbaycanın beynəlxalq iqtisadi inteqrasiyasının daha da genişlənməsinə gətirib çıxaracaq. Bu görüşdə Zəngəzur dəhlizinin həyata keçirilməsi üçün beynəlxalq zəmanət əldə edildi. Azərbaycan diplomatiyasının ən parlaq zirvəsi Vaşinqton görüşləri və burada əldə olunan nailiyyətdir. Vaşinqtonda əldə edilən böyük diplomatik qələbənin yeganə müəllifi Prezident İlham Əliyevdir. Zəngəzur dəhlizi yeni tarixin çox vacib layihəsi olacaq. Bakı-Tbilisi-Ceyhan kəməri Ümummilli Lider Heydər Əliyevin adını daşıdığı kimi Zəngəzur dəhlizi də Prezident İlham Əliyevin adını daşımalıdır".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev "Əl-Ərəbiyyə" telekanalına müsahibə verib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fransanın şimalında quş qripi ocağı aşkarlanıb
-
ABŞ "Megaspeed"ə qarşı ixrac məhdudiyyətləri tətbiq edib
-
ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyalar siyahısını genişləndirib
-
Qətər ABŞ və İranla danışıqların bərpası üzərində işləyir
-
ABŞ doqquz ayda mayeləşdirilmiş təbii qaz ixracını 21 % artırıb
-
Bakıda mağazaları qarət edən iki nəfər saxlanıldı













