Təhsil Şöbəsinin sabiq müdirinə ölkədən çıxışa qadağa qoyuldu - Səbəb nədir?
Far.Az xəbər saytı

Təhsil Şöbəsinin sabiq müdirinə ölkədən çıxışa qadağa qoyuldu - Səbəb nədir?


Elm və Təhsil Nazirliyi yanında Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 3 nömrəli Respublika Xüsusi İnternat Məktəbinin direktorunun ölkədən çıxışına məhdudiyyət qoyulub.

Far.Az "Qaynarinfo"ya istinadən xəbər verir ki, 3 nömrəli Respublika Xüsusi İnternat Məktəbinin direktoru Tariyel Əkbərovun ölkədən çıxışına məhdudiyyət qoyulmasının səbəbi rəhbərlik etdiyi qurumun ümumilikdə 4 815.41 manat vergi borcunun mövcudluğu olub.

Belə ki, Tariyel Əkbərovun direktoru olduğu təhsil müəssisənin dövlət büdcəsinə 616.37 manat məbləğində (o cümlədən, vergilər üzrə 578.21 manat, faizlər üzrə 38.16 manat), İşsizlikdən Sığorta Fonduna 353.47 manat, Dövlət Sosial Müdafiə Fonduna 2 177.67 manat, İcbari Tibbi Sığorta Fonduna 1 667.9 manat borcu var.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən direktorun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət edilib. Məhkəmənin qərarı ilə, Tariyel Əkbərovun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.

Qeyd edək ki, Tariyel Əkbərov bu vəzifəsindən əvvəllər Masallı Rayon Təhsil Şöbəsinin müdiri olub.

Təhsil Şöbəsinin sabiq müdirinə ölkədən çıxışa qadağa qoyuldu - Səbəb nədir?

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Payız-qış mövsümü ilə bağlı qrip əleyhinə vaksinasiyaya başlanılıb
Fərhad Əhmədova məxsus şirkətlərin rəhbərlərinə "stop" qoyuldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər