SOCAR : AÇG-dən 612,2 milyon ton neft və 238,7 milyard kubmetr qaz hasil edilib
Far.Az xəbər saytı

SOCAR : AÇG-dən 612,2 milyon ton neft və 238,7 milyard kubmetr qaz hasil edilib


Bu ilin sentyabrın 1-dək Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqları blokundan 612,2 milyon ton neft və 238,7 milyard kubmetr qaz çıxarılıb.

Bu barədə Far.Az Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir.

Xatırladaq ki, bu gün "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərin hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən işlənmiş Sazişin imzalanmasının 8-ci ildönümüdür.

Yeni sazişə əsasən, AÇG-nin işlənməsi müddəti 2050-ci ilə qədər uzadılıb. Həmçinin Azərbaycan tərəfinə çatacaq mənfəət neftinin payı 75 % müəyyən edilib. 2018–2025-ci illərdə Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) 3,6 milyard ABŞ dolları həcmində bonus ödənilib. Yataqların işlənməsinə 40 milyard dollardan artıq sərmayə yatırılması nəzərdə tutulur.

2019-cu ildə AÇG üzrə "Azəri-Mərkəzi-Şərqi" (ACE) layihəsinə yekun investisiya qərarı qəbul edilib. 2024-cü ilin aprelində ACE-dən ilk neft hasil olunub. İstismar müddətində 300 milyon barelədək neft hasilatı planlaşdırılır.

Hazırda AÇG-də pay bölgüsü belədir: SOCAR - 31,65 %, BP - 30,37 %, MOL Group - 9,57 %, INPEX – 9,31 %, ExxonMobil - 6,79 %, TPAO - 5,73 %, ITOCHU - 3,65 %, ONGC Videsh Limited (OVL) - 2,92 %.

Oxşar xəbərlər

30 illiyini qeyd edən Azərbaycan enerjisinin ötən ilinə baxış
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
“Əsrin müqaviləsi”nin 30 illiyi və Neftçilər Günü peşə bayramı münasibətilə tədbir keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
"Sadəcə ad dəyişmədik, biz loyallıq anlayışını yenidən yazdıq" - Fərid İslamovla "Bir Bonus" haqqında müsahibə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər