Azərbaycanda qanunsuz balıq ovlayan vətəndaşlar müəyyən olunub
Far.Az xəbər saytı

Azərbaycanda qanunsuz balıq ovlayan vətəndaşlar müəyyən olunub


Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzi Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə qanunsuz balıq ovuna qarşı reyd keçirib.

BAKU.WS xəbər verir ki, Bakının Qaradağ rayonunda yerləşən Heydər Əliyev adına Dərin Özüllər Zavodu yaxınlığındakı ərazidə keçirilmiş reyd zamanı balıqovlama bileti olmadan qanunsuz balıq ovlayan ölkə vətəndaşları Elşən Əliağa oğlu Həmzəyev və Mehman Xəlil oğlu Babayev müəyyən edilərək barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Onlardan tor vasitəsilə qanunsuz ovlanmış 1873 ədəd krevet götürülərək müvəqqəti saxlanması üçün Su Nəqliyyatında Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilib.

Qanunsuz balıq ovunun qarşısının alınması, su bioresurslarının qorunması və ekoloji tarazlığın təmin edilməsi məqsədilə müvafiq dövlət qurumları tərəfindən mütəmadi olaraq nəzarət tədbirlərinin həyata keçirilməsi davam etdiriləcək.

Qanunsuz balıq ovu qadağandır və bu kimi hallara yol verən şəxslər barəsində qanuni tədbirlər görüləcək.

Oxşar xəbərlər

İlham Əliyev Səməd Vurğun adına Yaradıcılıq Evinin açılışında iştirak edib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bakıda balıq yarmarkası fəaliyyətə başladı
Bir qrup dövlət qulluqçusu təltif edilib - SƏRƏNCAM
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər