Təcili yardım maşınında qəzaya uğrayan həkim vəfat etdi
Far.Az xəbər saytı

Təcili yardım maşınında qəzaya uğrayan həkim vəfat etdi


Avqustun 1-də saat 07:30 radələrində Hacıqabul rayon Nəvahi qəsəbəsi ərazisində təcili yardım maşınının iştirakı ilə baş verən yol qəzasında yaralanan həkim bu gün vəfat edib.

Vəfat edən şəxsin qohumlarının Far.Az-in "qaynar xətti"nə verdikləri məlumata görə, qəza zamanı təcili yardım maşınında olan həkim 1965-ci il təvəllüdlü Əliağa Təhməz oğlu Quliyev bu gün dünyasını dəyişib.

Təcili yardım maşınında qəzaya uğrayan həkim vəfat etdi

Əliağa Quliyev 2020-ci ildə cəbhədə həkim işləyib. QIzğın döyüşlərdə yaralılara yardım edib və özü də həmin dövrdə ağır yaralanıb.

Xatırladaq ki, hadisə Bakı-Qazax magistral yolunun Hacıqabul rayonunun Navahı kəndindən keçən hissəsində baş verib.

Təcili yardım maşınının dəmir səddə çırpılması nəticəsində bir nəfər ölüb, iki nəfər isə ağır yaralanıb.

Oxşar xəbərlər

Vətən müharibəsinin başlamasından 4 il ötür
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanlar açıqlanıb
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər