Lordlar Palatasının üzvü: Böyük Britaniyada seçkilər necə keçirilirsə, Azərbaycanda da elə keçirilir
Böyük Britaniyada seçkilər necə keçirilirsə, Azərbaycanda da elə keçirilir.
"Far.Az" xəbər verir ki, bunu Böyük Britaniya parlamentinin Lordlar Palatasının üzvü Lord Kurban Hüseyn Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri ilə əlaqədar müşahidələrini bölüşərkən deyib.
"Məni buradakı seçkiləri müşahidə etməyə Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanov dəvət edib. Sizin insanlar olduqca xoşbəxtdir. Çünki Qarabağ 30 ildən sonra azad edilib və bunu insanların simasında hiss etmək olur. Buradakı təcrübəm olduqca xoşdur, seçicilərin çoxu səsvermədə iştirak etdi. Mən Şuşa və Füzulidəki seçkiləri müşahidə etdim. Azərbaycandakı seçki sistemi mənim ömür boyu öyrəşdiyim sistemlə, demək olar ki, eynidir. Bu, mənim xaricdə müşahidə etdiyim ilk seçki idi, ancaq heç bir sürpriz olmadı. Böyük Britaniyada seçkilər necə keçirilirsə, Azərbaycanda da elə keçirilir",- o qeyd edib.
Oxşar xəbərlər
Səfir: Qərb demokratiyası və parlamentarizm heç də ədalət və obyektivliyin sinonimi deyil - MÜSAHİBƏ
Saat 17:00-a olan seçici fəallığı: Seçicilərin 33,82 faizi səsvermə hüququndan istifadə edib - YENİLƏNİB
Saat 15:00-a olan seçici fəallığı: Seçicilərin 29,49 faizi səsvermə hüququndan istifadə edib
Hüseyn Abdullayevin məhkəməsi səhhəti ilə əlaqədar təxirə salınıb
Kurban Berdıyev: Həm müdafiədə, həm də hücumda zəif oynadıq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İraq Saddam Hüseynin təyyarəsini satışa çıxarıb
-
Rəssam Nigar Ağabəylinin "İki dünya arasında" adlı fərdi sərgisi açılıb
-
ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratlar 258 yer qazanıb
-
ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin şərtləri bəlli olub
-
BMT-nin Baş katibi COP31-dən sonra Türkiyəyə təşəkkür edib
-
Meksikada narkokartel rəhbərinə qarşı əməliyyat zamanı şəhərdə XAOS YAŞANDI













