Qusarda həyətində çətənə kolu yetişdirən şəxsdən 28 kiloqram marixuana aşkarlanıb
Far.Az xəbər saytı

Qusarda həyətində çətənə kolu yetişdirən şəxsdən 28 kiloqram marixuana aşkarlanıb


Qusarda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən əməliyyat keçirilib. Tədbir zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 47 yaşlı Adil Kərimxanov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Far.Az-ə bildirilib ki, onun yaşadığı evin həyətyanı sahəsindən kultivasiya edərək yetişdirdiyi ümumi çəkisi 100 kiloqram olan 117 ədəd çətənə (kannabis) kolu və 28 kiloqram narkotik vasitə olan marixuana aşkar olunub. Saxlanılan şəxs narkotik tərkibli bitkilərə aqrotexniki qulluq göstərərək yetişdirdiyini bildirib.

Faktla bağlı Qusar RPŞ-də cinayət işi başlanılıb, A.Kərimxanovun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Oxşar xəbərlər

Şabranda həyətində çətənə kolu yetişdirən şəxs tutulub
DİN-dən böyük ƏMƏLİYYAT - 1 tona yaxın çətənə kolu yetişdirilən istixana aşkarlandı
İsmayıllı meşəsində çətənə kolu yetişdirməkdə şübhəli bilinən şəxs tutulub
"Culfa" gömrük postunda 63 kiloqram narkotik vasitə aşkarlanıb
Kürün sahilində xüsusi tunel hazırlayaraq çətənə yetişdirən şəxs saxlanılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər