Ukraynada helikopter qəzaya uğrayıb, ölənlər var
Far.Az xəbər saytı

Ukraynada helikopter qəzaya uğrayıb, ölənlər var


Xarkov Milli Hərbi Hava Qüvvələri Universitetinin aviasiya briqadasında Mi-2 helikopteri təlim uçuşu zamanı qəzaya uğrayıb, iki nəfər həlak olub.

“Report” xəbər verir ki, bu barədə İvan Kojedub adına Xarkov Milli Hava Qüvvələri Universiteti məlumat yayıb.

“Universitetin aviasiya hazırlığı briqadasında bir Mi-2 helikopteri təlim uçuşu zamanı qəzaya uğrayıb <...> iki nəfərdən ibarət hava gəmisinin ekipajı ölüb.

Hadisə yerində müstəntiqlər, mövzu üzrə ekspertlər və Ukrayna Müdafiə Nazirliyinin xüsusi komissiyasının mütəxəssisləri işləyir”, – məlumatda diqqətə çatdırılıb.

Oxşar xəbərlər

Rektor: Türkiyə-Azərbaycan Universitetindəki yeni nəsil təhsil sistemi interaktiv və ağıllı modeldir - MÜSAHİBƏ
Tələbə adını qazanan şəhid övladları - SİYAHI
Ukraynada anti-Azərbaycan isterika - hökumət rəzalətə "dur" deməlidir - ŞƏRH
Ukraynada anti-Azərbaycan isterikası - Hökumət rəzalətə "dur" deməlidir - ŞƏRH
Kamçatkada yoxa çıxan helikopterin göyərtəsində 22 nəfər olub - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər