Vəzifəyə keçmək üçün xadiməyə pul verdi
Far.Az xəbər saytı

Vəzifəyə keçmək üçün xadiməyə pul verdi


Gəncədə ana və oğluna qarşı dələduzluq edilib.

BAKU.WS Lent.az-a istinadla xəbər verir ki, Arifə Hüseynova (soyad şərtidir) İqtisad Universitetini bitirən oğlu Emili işə düzəltmək üçün yollar axtarıb. Bu barədə o, xadimə kimi çalışdığı Gəncədəki xəstəxanalardan birində iş yoldaşı 39 yaşlı Məsmə Abdullayeva (soyad şərtidir) ilə məsləhətləşib. Danışıq zamanı Məsmə 26 yaşlı Hülya vasitəsilə Emili şəhərdə Səhiyyə İdarəsinin mühasibi vəzifəsinə düzəldə biləcəyini deyib.

Bunun üçün Arifədən əvvəlcə 6000 manat pul alıblar. Sonra tərəflər Emili başqa dövlət müəssisəsində mühasib düzəldəcəklərini deyib, zərərçəkənlərin əlavə 3500 manatını da almaqla, ümumilikdə 9500 dələduzluq ediblər.

Ana və oğlunun hüquq-mühafizə orqanlarına müraciəti əsasında araşdırmalara başlanılıb və şübhəlilər barəsində Cinayət Məcəlləsinin 178.1, 178.2.2 və 178.2.4-cü (dələduzluq, təkrar və xeyli miqdarda törədildikdə) maddələri ilə cinayət işi açılıb.

Zərərçəkənlər ifadələrində bildiriblər ki, həmin pulları bankdan faizə götürüblər. Onlar məhkəmə istintaqı zamanı həmin kreditlərin təqsirləndirilən şəxslər tərəfindən ödənildiyini, artıq Hülya və Məsməyə qarşı şikayətləri olmadıqlarını deyərək, cinayət işinə xitam verilməsini istəyiblər.

Gəncə Şəhər Məhkəməsində hakim Liza Xanməmmədovanın sədrliyi ilə keçirilən prosesdə cinayət işinə xitam verilib və təqsirləndirilən şəxslər məsuliyyətdən azad olunublar.

Oxşar xəbərlər

Maşın qiymətinə olan telefon nömrələri satışa çıxarıldı - SİYAHI
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Media nümayəndələri təltif edilib - Prezidentdən SƏRƏNCAM
Bir qrup dövlət qulluqçusu təltif edilib - SƏRƏNCAM
Hülya Avşar, Emina Yahoviçlə sevgili olan 61 yaşlı Sadettin Saranın macəra dolu EŞQ HƏYATI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər