İmişlidə polisin müdaxiləsindən sonra 17 yaşlı qızın toyu təxirə salınıb - YENİLƏNİB
İmişlidə polisin müdaxiləsi ilə toyu təxirə salınan 17 yaşlı qızın təhsilə davam etməsi üçün tədbirlər görülür.
Bu barədə "Far.Az"un sorğusuna cavab olaraq, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib.
Qeyd edilib ki, rayonu Məzrəli kəndində planlaşdırılan erkən nikahın qarşısı alınıb.
"Bir daha qeyd edirik ki, uşaq hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən dövlət orqanları tərəfindən erkən evlilik hallarına cəhd olunarsa qarşısı qətiyyətlə alınacaq!" - deyə, komitədən vurğulanıb.
İmişli Rayon Polis Şöbəsinin müdaxiləsindən sonra rayonda 17 yaşlı qızın toyu təxirə salınıb.
Bu barədə “Far.Az”un Muğan bürosunun sorğusuna Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən cavabda bildirilib.
Qeyd olunub ki, faktla bağlı İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bütün zəruri tədbirlər icra olunub.
Araşdırmalar zamanı qızın 17 yaşının tamam olması məlum olub. Polis əməkdaşları və icra hakimiyyətinin məsul şəxsləri oğlan və qızın valideynləri ilə izahedici söhbətlər aparıblar və bəhs edilən halın hüquqazidd olması onların diqqətinə çatdırılıb.
Keçirilməsi planlaşdırılan toy məclisi isə təxirə salınıb.
Oxşar xəbərlər
Zorakılıq qurbanlarını necə mühafizə edək? - ARAŞDIRMA
Bakıda obyektdəki yanğın tam söndürülüb, hərəkətə qoyulan məhdudiyyət götürülüb - VİDEO - YENİLƏNİB-8
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 105 il ötür
Bakıda obyektdəki yanğının yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb - VİDEO - YENİLƏNİB-4
Şirvanda 75 yaşlı SSRİ idman ustasını avtomobil vuraraq öldürüb - YENİLƏNİB-1
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rövşən Məmmədov: Azərbaycan radiosu Sovet dövründə milli düşüncənin qurulmasında əvəzsiz rol oynayıb
-
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (05.11.2026)
-
Gimnastlarımız Dünya çempionatında mübarizəni davam etdirirlər
-
İşçilərin maaşları artıq bu qaydada ödəniləcək
-
Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar"
-
Restoran və kafe işlədənlər üçün yeni güzəşt olacaq













