

Ağdamda ofisiant kababçının bank kartından 2 820 manat oğurladı
Ağdam rayonunda ofisiant kababçının 3 min manata yaxın pulunu oğurlayıb.
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Ağdam rayonunda fəaliyyət göstərən kafelərdən birində baş verib.
Ağdam rayon sakini, 2001-ci il təvəllüdlü Arif Haşımov (adı və soyadı şərtidir) sözügedən kafedə ofisiant işləməyə başlayıb. O, bir gün kafedə kababçı işləyən Fariz Məmmədovdan xahiş edib ki, bank kartından onun mobil telefonunun balansına 4 manat yükləsin. Fariz telefonunu Arifə verib, prosesi özü həyata keçirməsini istəyib. Fariz mobil telefonun və bank kartının şifrələrini Arifə deyib. Arif onun telefonunun menyusunda Farizə məxsus bank kartına daxil olaraq, öz balansına 4 manat köçürüb, telefonu ona qaytarıb.
Arif köçürmə edərkən görüb ki, bank kartında 2 821 manat vəsait var. O, həmin pulu oğurlamaq qərarına gəlib. Bir neçə saatdan sonra Arif zəng vurmaq adı ilə Farizdən telefonunu alıb başqa otağa keçib, kartın balansında olan 2 821 manatın 2 820 manatını başqa karta köçürüb. Daha sonra o, heç nə olmamış kimi telefonu Farizə qaytarıb, təşəkkür edib.
Günün sonunda Fariz işdən çıxıb evə gedərkən yol kənarında olan bankomatdan pul çıxarmaq istəyərkən məlum olub ki, kartının balansında cəmi bir manat qalıb.
O bu barədə Arifə müraciət etsə də, Arif məsələdən xəbərsiz olduğunu deyib.
Məsələ ilə bağlı Fariz polisə məlumat verir.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə məlum olub ki, Farizə məxsus bank kartında olan 2 820 manat Arifin bacısının bank kartına köçürülüb. Araşdırmalarla müəyyən edilib ki, Arif həmin pulu bacısının kartına köçürüb və bacısına tapşırıb ki, həmin pulu lazım olan vaxt ondan alacaq.
Polis əməkdaşları Arif Haşımovu saxlayıblar və faktla bağlı cinayət işi başlanıb.
Ağdam Rayon Məhkəməsinin hökmü ilə A.Haşımov bir il altı ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
MAXE-dən dəhşətli hərəkət: dörd qadını yatağa saldı, pullarını aldı, onları videoya çəkdi – TƏFƏRRÜAT
Dörd qadını yatağa saldı, pullarını aldı, onları videoya çəkdi
"Fərdi jurnalist müsabiqəsi"nin nəticələri açıqlanıb
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Hikmət Hacıyev: Orta Dəhliz üzrə 50 milyon tondan çox yük artımı gözlənilir
-
Bakıda III Beynəlxalq Statistika Forumu keçirilir
-
Mehriban Əliyeva BMT Baş Assambleyanın 80-ci sessiyasında iştirakı ilə bağlı paylaşım edib
-
Prezident: Son üç ildə Orta Dəhliz üzrə Azərbaycan vasitəsilə yükdaşımalarının həcmi təxminən 90 faiz artıb
-
Leyla Əliyeva və Arzu Əliyeva Nyu-Yorkdakı Müasir İncəsənət Muzeyində olublar
-
Azercell "Talassemiyasız həyat naminə!" proqramı çərçivəsində qanvermə aksiyası keçirib