Hindistanlı aktyorun çıxışı zamanı FACİƏ
Far.Az xəbər saytı

Hindistanlı aktyorun çıxışı zamanı FACİƏ


Hindistanda siyasi mitinqdə toqquşma olub.

Far.Az xəbər verir ki, Hindistanın cənubunda yerləşən Tamil Nadu ştatında keçirilən siyasi mitinq zamanı baş verən toqquşmalarda uşaqlar da daxil olmaqla azı 39 nəfər ölüb, 51 nəfər isə yaralanıb.

Hadisə məşhur aktyor və siyasətçi Cozef Vicay Çandrasekha üçün təşkil olunan kampaniya zamanı baş verib. Televiziya yayımları göstərib ki, izdiham zamanı çoxsaylı iştirakçılar huşunu itirib.

Həlak olanların ailələrinə bir milyon rupi (təxminən 18 590 AZN) təzminat ödəniləcəyi və hadisə ilə bağlı araşdırma aparılacağı açıqlanıb. Hindistan Baş naziri Narendra Modi sosial şəbəkədə başsağlığı verərək, bu ilin əvvəlində məşhur "Kumbh Mela Hindu" festivalında oxşar faciəli hallar baş verdiyini xatırladıb.

Cozef Vicay isə onlayn açıqlamasında baş verənləri dözülməz və təsvir olunmaz kədər kimi qiymətləndirib və dünyasını dəyişənlərin ailələrinə başsağlığı çatdırıb.

Oxşar xəbərlər

Hindistanın yeni müharibə avantürası - Nüfuz itir, vurnuxma artır - TƏHLİL
Özbəkistanın mədəniyyət naziri: Xalqlarımızı birləşdirən fundamental dəyər mədəniyyətdir - MÜSAHİBƏ
Yayda səyahət ediləcək sərfəli ölkələr - QİYMƏTLƏR
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Modinin islamofobluğunun genişlənən sərhədi – hədəf müsəlman vəqfləridir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər