“SİMA İmza” ilə kredit müqaviləni məsafədən imzala
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən yaradılmış SİMA yeni nəsil rəqəmsal imza tərəfdaş çevrəsini genişləndirməkdə davam edir. “SİMA İmza” vasitəsilə xidmətlərini rəqəmsallaşdıran növbəti qurum BOKT “International” ASC olub.
Artıq təcili kreditə ehtiyacı olan vətəndaşlar IBOKT mobil tətbiqi üzərindən onlayn kredit müraciəti göndərə və müqaviləni “SİMA İmza” ilə imzalaya bilərlər. Bunun üçün əvvəlcə tətbiqdə qeydiyyatdan keçmək, daha sonra onlayn şəkildə kredit müraciəti göndərmək lazımdır. Müraciət qısa müddətdə araşdırılacaq və təsdiqləndiyi halda müştəriyə onlayn şəkildə imzalaması üçün sənədlər təqdim olunacaq. Müştəri həmin sənədləri SİMA yeni nəsil rəqəmsal imza ilə onlayn şəkildə imzalamaqla vəsaiti özünə məxsus istənilən bank kartına köçürəcək. Bununla da vətəndaşlar heç yerə getmədən kredit əldə etmiş olacaqlar.
Qeyd edək ki, vətəndaşlar IBOKT tətbiqi üzərindən günün 24 saatı kredit müraciəti göndərə və sənədləri “SİMA İmza” vasitəsilə imzalaya bilərlər.
SİMA rəqəmsal imza ilə vətəndaşların xidmət mərkəzlərindən asılılığına son qoyulur, xidmət göstərənlərin iş yükü və xərcləri azalır. SİMA yeni nəsil rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı www.sima.az saytından və “157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.
Oxşar xəbərlər
“SİMA İmza” ilə olduğun yerdən mikrokredit əldə et!
“SİMA İmza” ilə olduğun yerdən mikrokredit əldə et
Banka getmədən “SİMA İmza” ilə onlayn əmanət hesabı açın!
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
“Grand-Mart” bütün sənədləşmə işlərini “SİMA İmza” ilə rəqəmsallaşdırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq
-
İstanbul hava limanında sərnişinin baqajından 12,8 kq narkotik aşkarlanıb
-
"SpaceX" ilk dəfə orbital uçuşdan sonra "Starship" gəmisini uğurla tutub
-
Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb













