

DSX-nin zabitinə hücum etməkdə təqsirləndirilən idmançılar azadlığa buraxılıb
Bakıda Dövlət Sərhəd Xidmətinin (DSX) mayoruna hücum etməkdə təqsirləndirilən idmançılar - Elnur Həmidov, Elçin Hüseynov və Musa Əhmədov həbsdən azad olunublar.
Far.Az report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Elnur Həmidov 1 il 6 ay sınaq müddəti olmaqla şərti, Elçin Hüseynov 3 il müddətə azadlığın məhdudlaşdırılması, Musa Əhmədova isə 1 il sınaq müddəti olmaqla şərti cəza verilib.
Xatırladaq ki, hadisə bu ilin yanvar ayının 4-də Bakının Xətai rayonunda baş verib.
İttihama görə, idmançılar - Elnur Həmidov, Emil Hümbətov, Elçin Hüseynov, Elvin Məmmədov, Musa Əhmədov və Ramal Aslanov DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalova hücum ediblər. İnsidentdən sonra sözügedən şəxslər saxlanılıblar.
Məlum olub ki, onları bu əməli Kikboksinq Federasiyasının I vitse-prezidenti Ramal Aslanovun sifarişi ilə törədiblər.
Məhkəmənin qərarı ilə Elnur Həmidov, Elçin Hüseynov və Musa Əhmədov barəsində həbs qətimkan tədbiri, Elvin Məmmədov barəsində isə polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
İdmançılar Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə ittiham olunurlar.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Xətai rayonunda Heydər Əliyev Fondu tərəfindən yeni məktəb binası istifadəyə verilib
DSX mayoruna hücum etməkdə təqsirləndirilən idmançıların məhkəməsi keçirilib
DSX-nin zabitinə hücum etməkdə təqsirləndirilən idmançıların həbs müddəti uzadılıb
DSX zabiti onu döyən idmançılarla BARIŞDI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Zaqatalada 44 yaşlı kişi faciəvi şəkildə öldü
-
"Barselona" böyük hesabla məğlub oldu
-
Şavkat Mirziyoyev Qəbələdə keçiriləcək TDT sammitində iştirak edəcək
-
Xoşqədəmin verilişinə o aparıcılıq edir
-
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün test imtahanı keçirilib
-
Azərbaycanda internet istifadəçilərinə VACİB XƏBƏR