Masazırda məktəb yolu baxımsız vəziyyətdədir – ərazidə zibil və sahibsiz itlər təhlükə yaradır
Masazır qəsəbəsində yerləşən 6 saylı məktəbə gedən yolun vəziyyəti ilə bağlı narazılıq yaranıb.
Far.Az-ə daxil olan məlumata görə, ərazidə zibil yığınları və sahibsiz itlər var. Bu isə həm şagirdlər, həm də ərazidə yaşayan sakinlər üçün təhlükə yaradır.
Valideynlər bildirirlər ki, uşaqlar hər gün məktəbə gedib-gələrkən itlərin hücumu ilə üzləşməkdən qorxurlar. Həmçinin yolda toplanan məişət tullantıları üfunət yayır və mənzərəni dözülməz hala gətirir.
Sakinlər aidiyyəti qurumlardan ərazinin təmizlənməsini və təhlükəsizlik tədbirlərinin görülməsini tələb edirlər.
Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinə sorğu göndərdik. Bildirildi ki, Abşeron rayonu Masazır kəndinin sözügedən ərazisində məişət tullantıları gün ərzində 3 dəfə olmaqla, əvvəlcədən müəyyən edilmiş qrafik əsasında daşınır:
"Ərazidə xidmət aparan məhdud sayda olan texnikada texniki problem yarandığından daşınmada müəyyən yubanma yaşanmışdır. Lakin hazırda kirayə əsasında əraziýə əlavə texnikalar cəlb olunub və məişət tullantılarının daşınması prosesi həyata keçirilməkdədir.
Qeyd edək ki, yeni konteynlərin alınması istiqamətində işlər görülür."
Şahanə Xankişiyeva
Oxşar xəbərlər
Turistlərin axın etdiyi Alban məbədi baxımsız vəziyyətdədir
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Veb-kamera quraşdırılan seçki məntəqələrinin siyahısı açıqlanıb
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Göygöldə kişi həyat yoldaşını qətlə yetirib
-
Ukrayna kəşfiyyatının rəhbəri: Kiyev və Moskva danışıqlarda ciddi irəliləyiş əldə edib
-
Nigeriyada silahlı hücumlar nəticəsində 9 nəfər ölüb
-
Alimlərdən yeni kəşflər: isti çay xərçəng riskini artırır, ilan zəhərindən antibiotik hazırlanıb
-
"WSJ": ABŞ BCM-ə qarşı yeni genişmiqyaslı sanksiyalar tətbiq etməyi planlaşdırır
-
BVF üç ilə dünya üzrə dövlət borcunun ÜDM-in 100%-ni ötəcəyini gözləyir













