Qranit Caka saxta COVID-19 arayışına görə İsveçrə millisindən uzaqlaşdırılıb
Far.Az xəbər saytı

Qranit Caka saxta COVID-19 arayışına görə İsveçrə millisindən uzaqlaşdırılıb


İsveçrə millisinin və İngiltərənin "Sanderlend" klubunun futbolçusu Qranit Caka COVID-19 vaksinasiyası ilə bağlı saxta arayışdan istifadə etdiyini etiraf etdikdən sonra milli komandadan kənarlaşdırılıb.

"Report" xəbər verir ki, bu barədə İsveçrə Futbol İttifaqının mətbuat xidməti məlumat yayıb.

33 yaşlı yarımmüdafiəçi həmin vaxt COVID-19 vaksinasiyası ilə bağlı ciddi narahatlıq keçirdiyini, vaksinə inamsızlıq bəslədiyini və qorxu içində olduğunu bildirib. O, saxta arayışla bağlı səhv etdiyini və məsuliyyəti öz üzərinə götürdüyünü qeyd edib.

İsveçrə Futbol İttifaqının prezidenti Peter Knabel bildirib ki, Cakanın məsuliyyəti qəbul etməsi müsbət qarşılanıb. Tərəflərin ortaq qərarına əsasən, futbolçu qarşıdakı oyunlarda milli komandanın heyətində yer almayacaq.

İsveçrə seçməsi Millətlər Liqasında sentyabrın 26-da səfərdə Şimali Makedoniya yığması ilə qarşılaşacaq.

Qeyd edək ki, Caka karyerası ərzində İsveçrənin "Bazel", Almaniyanın "Borussiya" (Münhenqladbax) və "Bayer 04", İngiltərənin "Arsenal" klublarında çıxış edib.

2011-ci ildən İsveçrə millisinin formasını geyinən yarımmüdafiəçi 152 oyunda 18 qol vurub və 14 məhsuldar ötürmə edib.

Oxşar xəbərlər

Paytaxtda sakinlər üçün təhlükə mənbəyi olan ÜNVANLAR - "Qorxu içində gəzirik"
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycanın minifutbol yığması "Millətlər Liqası"nın qalibi olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər