İtaliyada "Parmezan" pendirinə saxta məhsullarla mübarizə üçün mikroçip yerləşdirildi
İtaliyanın məşhur Parmigiano Reggiano pendirinin istehsalçıları saxta məhsulların qarşısını almaq üçün pendirə mikroçip yerləşdirməyə başlayıblar.
BAKU.WS xəbər verir ki, konsorsiumun məlumatına görə, saxta "Parmezan" bazarının həcmi ildə təxminən 2 milyard dollar təşkil edir. Buna görə də istehsalçılar məhsulun orijinallığını qorumaq məqsədilə p-Chip adlı texnologiyadan istifadə etməyə qərar veriblər.
Bu mikroçip düyü dənəsi boyda kremniy transponderdir və pendirin üzərindəki kazein etiketinə yerləşdirilir. Hər çip məhsulun unikal seriya nömrəsini daşıyır və onun orijinallığını təsdiqləyir.
Mütəxəssislər bildiriblər ki, mikroçiplər tamamilə təhlükəsizdir, pendirin yetişmə prosesinə təsir etmir və udulduqda da aktivləşmir.
Qeyd edək ki, əsl Parmigiano Reggiano yalnız İtaliyanın Parma, Modena, Bolonya, Mantua və Reggio-Emilia bölgələrində, ciddi nəzarət altında istehsal olunur. Yeni texnologiya bu brendin saxtalaşdırılmasına qarşı son addım hesab edilir.
Oxşar xəbərlər
Turistlərin diqqətini cəlb edən minlərlə hektar düyü terrasları - Bali adasından REPORTAJ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Rolls Royce Motor Cars Baku iki yeni Rolls-Royce modelini Tbilisidə təqdim etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
ABŞ Nümayəndələr Palatası Pit Heqsetin impiçmenti təşəbbüsünü bloklayıb
-
Yaponiyanın müdafiə naziri seçkilərdə Takaiçini dəstəkləyəcək
-
"Burger King" Bakıdan kənarda ilk restoranını Sumqayıtda açdı!













