Kapital Bank-ın İnformasiya təhlükəsizliyi komandası ölkənin ən güclü mütəxəssisləri sırasında
Ölkənin birinci bankı Kapital Bank-ı təmsil edən komanda Bakıda keçirilən və kibertəhlükəsizlik sahəsində regionun ən böyük tədbirlərindən sayılan "CIDC-2025" kibertəhlükəsizlik festivalında böyük əzm nümayiş etdirərək adını qaliblər sırasına yazdırıb.
Komanda festival çərçivəsində təşkil olunan "Ağıllı şəhərlərdə kibermüharibə" yarışmasında üçüncülük əldə edib.
Banklar arasında ən yüksək nəticə göstərən komanda qazandığı 5000 AZN mükafatı bankın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılan "Qırmızı Ürəklər Fonduna" ianə etməklə sosial təşəbbüsə imza atıb.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) birgə təşkilatçılığı ilə həyata keçirilən "CIDC-2025" kibertəhlükəsizlik festivalı bu il rekord iştirakçı sayı ilə diqqət çəkib. Ümumilikdə 2 245 ziyarətçi, 934 təlim iştirakçısı, 51 komanda və 56 tərəfdaş təşkilatın qatıldığı tədbir kritik infrastrukturun müdafiəsi, informasiya təhlükəsizliyi, rəqəmsal sabitlik və süni intellektin tətbiqi sahəsində qabaqcıl beynəlxalq təcrübələrin paylaşılmasına xidmət edib.
İki gün ərzində iştirakçılar "Ağıllı şəhərlərdə kibermüharibə" kimi gərgin yarışlarda bacarıqlarını sınayaraq kibertəhlükəsizlik üzrə yerli və xarici ekspertlər tərəfindən təşkil edilən 10 təqdimat və 5 panel müzakirəsində iştirak ediblər. Onlar, həmçinin Azərbaycanda "Hack The Future 2" proqramı üzrə ödənişsiz təlimlərindən faydalanaraq kibertəhlükəsizlik həlləri sərgisi ilə tanış olublar.
Qeyd edək ki, Kapital Bank rəqəmsal transformasiya prosesində kibertəhlükəsizliyi əsas prioritet hesab edir və bu sahədə daima ən yeni texnologiyaları tətbiq edir.
Bank daxili təhlükəsizlik tədbirləri ilə yanaşı, müştərilərin maarifləndirilməsi istiqamətində də ən aktiv maliyyə qurumlarından biridir. Bank mütəmadi olaraq fırıldaqçılıq, fişinq və digər kibertəhdidlərə qarşı məlumatlandırma kampaniyaları, sosial media paylaşımları edərək, müştərilərinin maliyyə məlumatlarını qorumağa kömək edir. Həmçinin, "Dayan, düşün, dəqiqləşdir!" kampaniyası çərçivəsində ənənəvi və rəqəmsal media kanalları, təlimlər, video materiallardan istifadə edərək müştərilərinin maarifləndirilməsinə xidmət edir.
Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün – https://kbl.az/prcrc.
Oxşar xəbərlər
CIDC-2025 tədbirinin rəsmiləri kibertəhlükəsizlik sərgisi ilə tanış olublar
Azercell-in kibertəhlükəsizlik komandası "CIDC-2025 – Critical Infrastructure Defence Challenge" yarışında böyük uğur qazandı!
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
İçərişəhər rəqəmsallaşır: Yelo Bank yeni təşəbbüsə qoşuldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Daşkəsəndə şəhidlərin xatirəsi anılıb, ehsan süfrəsi təşkil olunub
-
Vuçiç: Serbiyada dekabrda prezident seçkiləri keçiriləcək
-
İmişli Şəkər Zavodunda boş anbarda yanğın zamanı şəkər ehtiyatlarına zərər dəyməyib - YENİLƏNİB
-
Elm və Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi Zəfər parkını ziyarət edib
-
Xaçmazda yol qəzasında xəsarət alan doqquz nəfərin kimliyi məlum olub - YENİLƏNİB
-
Bakıya gəlmək istəyən erməni tankları













