"Visa" Azərbaycan sahibkarlarını agent ödənişi xidmətinə cəlb etmək istəyir
Azərbaycan bankları agent ödənişlərinin tətbiqində liderdir.
"Report" xəbər verir ki, bunu "Visa" beynəlxalq kart təşkilatının CEMEA regionu üzrə Məhsullar və Həllər üzrə Baş vitse-prezidenti Godfrey Sullivan Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) bildirib.
"Agent ödənişləri sahəsində ön sıralarda yer alan Azərbaycan bankları ilə əməkdaşlıq etməkdən şadıq. Biz hər gün məhsulları araşdırmaq, yaxşı restoran və otellər tapmaq üçün süni intellektdən (AI) istifadə edirik. İndi etməyə hazırlaşdığımız isə bu əməliyyatları tam olaraq (end-to-end) yekunlaşdırmaqdır. Yəni istifadəçini "ChatGPT"dən pərakəndə satış saytına yönləndirmədən, agent əməliyyatlarının birbaşa başdan-sona tamamlanmasını təmin etməkdir. Azərbaycan bankları bu sahədə ön sıralardadır. Biz "Visa Intelligent Commerce Readiness Program" adlı proqramı başlatmışıq və bu proqramda liderlər Azərbaycan banklarıdır. Onlar bu texnologiyanın tətbiqində öncüdürlər. Biz həmçinin bütün ölkə üzrə ticarət obyektləri (merchant) ilə işləyirik ki, qarşıdakı aylarda Azərbaycan sahibkarları da bu agent ödənişlərini qəbul edə bilsinlər", - deyə o qeyd edib.
Bundan başqa, "Visa" rəsmisi deyib ki, Azərbaycanı regionun maliyyə texnologiyaları mərkəzinə çevirmək üçün böyük imkan var: "Ölkə rəhbərliyi çox yaxşı bir istiqamət müəyyənləşdirib. Azərbaycan Mərkəzi Bankı ilə çox sıx əməkdaşlığımız var. Bizim məqsədimiz daha geniş regiondan ölkəyə daha çox fintex gətirmək, agent ödənişləri, stabil koinlər və maliyyə infrastrukturunun digər formaları daxil olmaqla, bu sahədə Azərbaycanı real mərkəzə və innovasiya mərkəzinə çevirməkdir. Düşünürəm ki, bu, dünyanın bu hissəsində Azərbaycan üçün həqiqətən çox yaxşı imkandır".
Oxşar xəbərlər
Şəhərlər üçün texnologiyalar: "Yango Group" Bakıda keçirilən WUF13 forumunda şəhər mühitinin inkişafına yönəlmiş həllər təqdim edib
"Sabah Investment Group", "Reportage Group" və "Elie Saab"dan Azərbaycada ilk brend yaşayış layihəsi:"Panorama by Elie Saab"
HUAWEI MatePad Pro 12.2 2025 - Yeni Nəsil Premium Planşet
HUAWEI WATCH GT 6 PRO: Sağlam həyat üçün ağıllı yoldaş
Bakıda tanınmış şirkət bahalı maşınlarını ucuz qiymətə satışa çıxardı - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı-Sumqayıt yolu ilə bağlı SEVİNDİRİCİ XƏBƏR
-
Suraxanıda 11 kiloqram narkotik aşkarlanıb
-
Tərtərdə evə gec gələn kişi arvadını döyüb xəstəxanalıq etdi
-
Tramp və Si Cinpin Ağ Evdə hərbi mərasimdə
-
İlham Əliyev: "Qlobal iqtisadi münasibətlər sürətlə dəyişir"
-
Xanlar Ağalarov: Bulvar İdarəsi pərakəndə satış qiymətlərini inzibati qaydada tənzimləyici kimi çıxış etmir













