Pakistan qüvvələri ilə “Taliban” arasında silahlı toqquşma olub
Əfqanıstanda iqtidarı ələ keçirmiş radikal “Taliban” hərəkatının qüvvələri ilə Pakistanın sərhəd qoşunları arasında iki ölkənin sərhədində silahlı toqquşmalar baş verib.
“Far.Az” xəbər verir ki, bu barədə Əfqanıstanın “TOLOnews” telekanalı mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, döyüşlər yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə 18:30) Əfqanıstanın Xost vilayətində başlayıb. Yüngül və ağır silahların istifadə olunduğu toqquşmaların “Taliban”ın üç gündür mübahisəli sərhəd bölgəsində postlar tikdiyi üçün başladığı bildirilir. Zərərçəkənlər barədə məlumat verilmir.
Qeyd edək ki, Əfqanıstan və Pakistan arasındakı sərhəd mübahisəsi dünyada ən uzun sürən mübahisələrdən biridir. İngiltərə və Əfqanıstan mülkləri arasında delimitasiya sazişi 1893-cü ildə Kabildə Əmir Əbdürrəhman Xan və ser Henri Mortimer Dürand tərəfindən imzalanıb. 1947-ci ildə Britaniya Hindistanı süqut edənədək Əfqanıstan hökmdarları Dürand xəttini tanısalar da, 1947-ci ildən müstəqil Pakistanın yaranmasından sonra Kabil bu xətti rəsmi sərhəd kimi tanımır. Əfqanıstan – Pakistan ərazi mübahisəsi tez-tez silahlı toqquşmalara səbəb olur.
Oxşar xəbərlər
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 105 il ötür
KİV: Kiyev Hindistanı danışıqlarda vasitəçi kimi görmür
Pakistan mətbuatı Mehriban Əliyevanın rəhbərliyi altında həyata keçirilən humanitar layihələrdən yazıb
Pakistan mətbuatı Mehriban Əliyevanın rəhbərliyi altında həyata keçirilən humanitar layihələrdən yazıb
“Taliban” BMT-nin xüsusi məruzəçisinin Əfqanıstana girişini qadağan edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Süd BAHALAŞACAQ
-
Estoniyaya aid patrul gəmisi Rusiya sərhədini pozub
-
Azərbaycan hərbçiləri "EFES-2026" təlimində iştirak üçün Türkiyəyə yola düşüblər
-
İranda "İnternet Pro" məhdudiyyətləri müvəqqəti xarakter daşıyır
-
7 yaşlı Səid fitri istedadı ilə hər kəsi heyrətləndirdi
-
Əraqçi: Qonşularımız bizim prioritetimizdir













