Kaya Kallas: Aİ-nin müdafiə üzrə yol xəritəsi 9 istiqaməti əhatə edir
Avropa İttifaqının (Aİ) sərhədlərinin antidron müdafiə sistemi 2027-ci ilin sonuna qədər tam hazır olmalıdır.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Avropa Komissiyasının kollegiyasının iclasının yekunlarına dair mətbuat konfransında bildirib.
İclasda Aİ-nin müdafiə hazırlığı üzrə yol xəritəsi təsdiqlənib.
K.Kallasın sözlərinə görə, Rusiya hazırda Aİ ölkələrinə hücum etmək imkanlarına malik deyil: "Lakin yaxın illərdə o, potensialını bərpa edə bilər, buna görə də "təhlükə hətta Ukraynada müharibə bitdikdən sonra belə aradan qalxmayacaq".
Aİ-nin üzv ölkələri tərəfindən hazırlanmış yol xəritəsi NATO-nun hədəflərinə uyğun olaraq müdafiə üzrə 9 əsas istiqaməti müəyyənləşdirir.
K.Kallas vurğulayıb ki, Aİ dövlətləri birlikdə hərəkət etməlidirlər, çünki "heç bir ölkə təkbaşına mübarizə aparmaq üçün kifayət qədər böyük deyil".
İlk birgə layihələrdən biri Niderland və Latviyanın rəhbərliyi altında "dronlar koalisiyası"nın formalaşdırılması olacaq.
"Dronlar artıq müharibənin xarakterini dəyişir. Onlardan müdafiə artıq seçim deyil, zərurətdir", - K.Kallas qeyd edib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycanın tibb işçiləri NATO-nun təlimində iştirak edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
Pezeşkian Türkiyəyə yola düşüb
-
"Burger King" Bakıdan kənarda ilk restoranını Sumqayıtda açdı!
-
Yaponiyanın müdafiə naziri seçkilərdə Takaiçini dəstəkləyəcək
-
"TRT Haber": Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir
-
Qazaxıstan COP31-də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.













