Azərbaycan millisinin baş məşqçisi: Təəssüf ki, hücumları qolla yekunlaşdıra bilmədik
Təəssüf ki, hücumları qolla yekunlaşdıra bilmədik.
"Far.Az" xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş İsveç yığmasına qarşı keçirdikləri Millətlər Liqasının oyunundan sonra baş tutan mətbuat konfransında deyib.
69 yaşlı mütəxəssis görüşün ağır keçdiyini söyləyib:
"Oyuna yaxşı başladıq. Şansımız oldu, təəssüf ki, hücumları qolla yekunlaşdıra bilmədik. Sonra müdafiə sisteminə keçdik. İsveç güclü komandadır. Uşaqlar müdafiədə yaxşı oynadı. İmkan tapanda dərhal hücuma keçirlər. Təəssüf ki, penaltidən yararlana bilmədik. İkinci hissəyə yaxşı başladıq. Yenə də hücumları uğurla sonlandıra bilmədik. Komandanın hücum xəttindən kifayət qədər razıyam. Qol vurmağa cəhd edirdilər. Müdafiədən isə 50 faiz razıyıq. Oyunun təşkilində problemlər vardı".
Mütəxəssis qapıçı Mehdi Cənnətovun çıxışı haqda da fikirlərini bölüşüb: "Qapıçıdan razıyam, bir çox hallarda komandanı qoldan xilas etdi".
Qeyd edək ki, Azərbaycan - İsveç matçı qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Oxşar xəbərlər
UEFA Millətlər Liqası: Azərbaycan yığması İsveçə məğlub olub - YENİLƏNİB - 7
Fernandu Santuş: Milliyə çağırılan heç bir futbolçu ulduz deyil, ulduz göydə olur
Fernandu Santuş: Bizim üçün əsas olan Azərbaycan bayrağı üçün oynamaqdır
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Yon Dal Tomasson: Rəqibə açıq oyun təklif etdik
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir
-
Tramp Rubionun ABŞ dövlət katibi vəzifəsində qalacağını bildirib
-
Çin yeni "SatNet" internet peyk qrupunu uğurla orbitə çıxarıb













