"Volkswagen" şirkəti "Golf" və "Tiguan" istehsalını dayandıra bilər
Almaniyanın avtomobil istehsalçısı olan "Volkswagen" əsas modelləri olan "Golf" və "Tiguan"ın istehsalını müvəqqəti olaraq dayandırmağa hazırlaşır.
Far.Az "Bild" qəzetinə istinadən xəbər verir ki, buna səbəb yarımkeçirici (çip) çatışmazlığının kəskinləşməsi olub.
Problemin əsas səbəbi Niderlandda yerləşən çip istehsalçısı "Nexperia" ətrafında yaranan gərginlikdir. Qeyd edək ki, bu şirkət Çinin "Wingtech" holdinqinə məxsusdur. ABŞ-nin təzyiqi altında hərəkət edən Niderland hökuməti, strateji texnologiyaların itirilməsi təhlükəsini əsas gətirərək şirkətin fəaliyyətinə rəsmi şəkildə müdaxilə edib.
Nəticədə Nexperia-nın baş direktoru Çjan Syueçjen vəzifəsindən uzaqlaşdırılıb, şirkət isə bir il müddətinə ciddi dövlət nəzarətinə götürülüb. Bu müddət ərzində şirkətə aktivləri köçürmək, rəhbərliyi dəyişmək və mühüm qərarlar qəbul etmək qadağan olunub.
Cavab olaraq, Çin hökuməti yarımkeçirici komponentlərin ixracına məhdudiyyətlər tətbiq edib, bu isə "Nexperia" zavodlarında istehsalın qismən dayanmasına gətirib çıxarıb.
Volkswagen-in hazırda istehsalı davam etdirmək üçün qısa müddətlik çip ehtiyatı olsa da, təchizatdakı fasilələr yaxın günlərdə Volfsburqdakı əsas zavodda istehsalın dayanmasına səbəb ola bilər.
Niderlandın iqtisadiyyat naziri Vinsent Karremans bildirib ki, hökumət Çinlə danışıqlar aparır, məqsəd isə yaranmış vəziyyəti həll etmək və Nexperia-nın gələcəyini ölkədə qorumaqdır. Lakin bazar ertəsi günü Nexperia-nın Çin bölməsi Niderland ofisinin göstərişlərini yerinə yetirməkdən imtina edib, bu isə təchizat zəncirindəki böhranı daha da dərinləşdirib.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Tarixin ən populyar 5 avtomobili
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
Beyrutda İraq parlamentinin keçmiş deputatının meyiti aşkarlanıb
-
ABŞ Nümayəndələr Palatası Pit Heqsetin impiçmenti təşəbbüsünü bloklayıb













