Fastfudun insanlar üçün ən təhlükəli inqrediyenti açıqlanıb
Fastfud (sürətli qidalar) tərkibində çox işlənmiş maddələr, rafinə olunmuş karbohidratlar, artıq miqdarda duz, trans yağlar, həddindən artıq bişmiş zülallar, kimyəvi əlavələr və yağlar saxlayır ki, bu da sağlamlıq üçün son dərəcə təhlükəlidir.
Far.Az xəbər verir ki, bu barədə Avstraliyalı həkim Zak Törner "News.com" portalında dərc olunan məqaləsində bildirib.
Lakin həkimin sözlərinə görə, orqanizm üçün ən zərərli olan məhz fastfudda istifadə edilən yağlardır - çünki bu yağlar çox vaxt dəfələrlə qızdırılır və təkrar istifadə olunur.
"Müxtəlif dəfə qızdırılan yağda oksidləşmiş lipid birləşmələri əmələ gəlir, bunlar isə orqanizmin toxumalarını qıcıqlandırır.
Nəticədə oksidləşmə stresi yaranır - yəni bədən sabit olmayan molekullar istehsal edir, bunlar hüceyrələri zədələyir və iltihab prosesini başladır," – deyə Törner vurğulayıb.
Həkim qeyd edir ki, məhz oksidləşmə stresi qarında köp, halsızlıq və apatiya (ruhi süstlük) yaradır.
O, təbii, işlənməmiş qidalara üstünlük verməyi, emal olunmuş məhsullardan uzaq durmağı və qidalanmaya istiyə davamlı yağ növlərini - məsələn, soyuq sıxılmış zeytun yağı və ya avokado yağı - daxil etməyi tövsiyə edir.
"Başqa iltihab yaradan amillərdən də ehtiyatlı olun. Qanda şəkərin qəfil artması, emal olunmuş ət məhsulları, rafinə karbohidratlar, keyfiyyətsiz yuxu və stress - bütün bunlar bədəndə toplanaraq sağlamlığa zərər vurur," – deyə Törner məsləhət görüb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Şəkidə ilk dəfə "Sağlamlıq Günləri" keçirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq
-
Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb
-
Şotlandiyada minlərlə insan Sİ üçün data-mərkəzlərin tikintisinə qarşıdır
-
INL: Qərbi Balkanın cinayət şəbəkələri ABŞ vətəndaşları üçün təhlükə yaradır
-
"Bitly" "X"də kiber hücumun fəsadlarını aradan qaldırmağa çalışır













