"Azerconnect Group" Qazaxıstan – Azərbaycan biznes forumunda iştirak edib
Ölkənin aparıcı İKT şirkəti "Azerconnect Group" Qazaxıstanın paytaxtında keçirilən Qazaxıstan – Azərbaycan biznes forumunda iştirak edib. Astana Beynəlxalq Maliyyə Mərkəzində baş tutan forumda hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, İKT, yüksək texnologiyalar, neft-qaz, tikinti və inşaat, investisiya, nəqliyyat, logistika və digər sahələrdə fəaliyyət göstərən 155 şirkətin nümayəndəsi iştirak edib.
"Azerconnect Group"un baş direktorunun müavini İlqar Nəhmədov tədbirdə çıxışı zamanı Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafı, süni intellekt ekosisteminin yaradılması, innovasiyaların təşviqilə bağlı həyata keçirilən layihələrin önəmini vurğulayıb. O, çıxışında, həmçinin "Azerconnect Group"un ölkədə rəqəmsal transformasiyanın sürətlənməsi, süni intellekt əsaslı həllərin tətbiqi sahələrində gördüyü işlər barədə ətraflı məlumat verib. Eyni zamanda, Rəqəmsal İpək Yolu layihəsi çərçivəsində Azərbaycan və Qazaxıstanın birgə icra etdiyi Transxəzər fiber-optik kabel xəttinin strateji əhəmiyyəti vurğulanıb.
Qeyd edək ki, "Süni intellektin və sənaye təşəbbüslərinin inkişafı şəraitində iqtisadi əməkdaşlıq" mövzusunda Qazaxıstan–Azərbaycan biznes forumu Azərbaycan İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və Qazaxıstanın Ticarət və İnteqrasiya Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilib.
"Azerconnect Group" haqqında
Ölkəmizdə dinamik şəkildə inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərən "Azerconnect Group" mobil, internet, beynəlxalq kanalların təşkili və FinTech, AdTech, Media/TV kimi rəqəmsal xidmətlər təqdim edir. "Azerconnect Group" müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
Oxşar xəbərlər
"Azerconnect Group" regionun ən böyük kibertəhlükəsizlik tədbirinə dəstək oldu
Azərbaycanda Süni İntellekt Akademiyası fəaliyyətə başlayıb
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
AIFC-nin idarəedici direktoru: “Azərbaycan "yaşıl maliyyələşmə" üzrə regional liderə çevrilə bilər” - MÜSAHİBƏ
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qaradağda vulkan püskürüb
-
Abşeronda avtomobil siqnalına görə qonşuların mübahisəsi ölümlə nəticələnib
-
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
-
Kəngərlidə avtomobil aşıb, bir nəfər ölüb
-
Ağcabədidə ağır yol qəzasında iki qardaş ölüb
-
Latviyada 27 Sentyabr - Anım Günü qeyd olunub













