Vladimir Putin "Tomahawk" raketləri ilə bağlı XƏBƏRDARLIQ ETDİ
Rusiya prezidenti Vladimir Putin "Tomahawk" tipli raketlərlə Rusiyanın ərazisinə mümkün hücuma sərt reaksiya veriləcəyini bəyan edib.
BAKU.WS xəbər verir ki, Vladimir Putin bu barədə Rus Coğrafiya Cəmiyyətinin XVII qurultayında jurnalistlərin suallarını cavablandırarkən danışıb.
Kreml-in "Telegram" kanalında yayımlanan çıxışda Putin bildirib ki, bu cür addımlar eskalasiyaya yönəlmiş cəhdlərdir və cavab çox ciddi olacaq - əgər sarsıdıcı olmasa.
"Qoy onlar bu barədə düşünsünlər",- deyə Rusiya lideri əlavə edib. Bununla belə, Putin qeyd edib ki, dialoq mübahisə və ya müharibədən daha yaxşıdır, çünki gərginliyin artması heç kimə fayda gətirmir.
Rusiya prezidentinin bu açıqlamaları Ukrayna lideri Volodimir Zelenskinin "Ukrayna yaxın günlərdə "Tomahawk" raketlərini ala bilər" sözlərindən sonra səslənib. Zelenski jurnalistlərin suallarını cavablandırarkən deyib: "Hər gün nəsə yenilik gətirir, bəlkə sabah artıq "Tomahawk"lara sahib olarıq."
ABŞ prezidenti Donald Trampın bu raketlərin Kiyevə verilməsindən imtinasından sonra Ukrayna Avropa ölkələri ilə danışıqlara başlayıb. Rusiya tərəfi isə bu məsələyə kəskin reaksiya göstərib.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev qeyd edib ki, əgər bu silahlar Ukraynaya verilsə, Rusiya daha genişmiqyaslı zərbələr endirə bilər.
Qeyd edək ki, Vladimir Putin ABŞ-nin Rusiyaya qarşı yeni sanksiyalarını da şərh edib. O bildirib ki, bu sanksiyalar Vaşinqtonun Moskvaya təzyiq göstərmək cəhdidir: "Bu, açıq şəkildə siyasi təzyiq vasitəsidir. Heç bir hörmətli ölkə və xalq heç nəyi təzyiq altında həll etmir".
Rusiya prezidenti əlavə edib ki, sanksiyalar Rusiya–ABŞ münasibətlərinin möhkəmlənməsinə xidmət etmir, halbuki iki ölkənin bir çox sahələrdə əməkdaşlıq imkanı mövcuddur.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev "Əl-Ərəbiyyə" telekanalına müsahibə verib
Rusiya Kiyevi "İsgəndər" raketləri ilə vurub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
Beyrutda İraq parlamentinin keçmiş deputatının meyiti aşkarlanıb
-
ABŞ Nümayəndələr Palatası Pit Heqsetin impiçmenti təşəbbüsünü bloklayıb













