Qızılın mənşəyinin sirri açıldı
Tennessi Universitetinin amerikalı fizikləri ağır elementlərin – məsələn, qızıl və platin kimi maddələrin – Yerdə və kainatda necə əmələ gəldiyini izah edən əsas proseslərdən birinə aydınlıq gətirən eksperiment keçiriblər. Onlara qeyri-sabit atom nüvələrinin necə parçalanaraq ulduzlarda yeni kimyəvi elementlər yaratdığını daha dəqiq müəyyənləşdirmək mümkün olub.
BAKU.WS xəbər verir ki tədqiqatın nəticələri "Physical Review Letters" (PRL) jurnalında dərc edilib.
Massiv ulduzlar toqquşduqda, partladıqda və ya çökmə mərhələsinə keçdikdə onların daxilində "r-proses" adlanan hadisə – neytronların sürətli tutulması prosesi başlayır. Bu zaman atom nüvəsi ardıcıl olaraq onlarla neytronu udur, qeyri-sabit hala gəlir və sonda parçalanaraq daha dayanıqlı elementlərə çevrilir. Astrofiziklərin fikrincə, məhz bu şəkildə kainatda qızıl, uran və digər ağır maddələr yaranıb. Lakin bu prosesin təfərrüatları uzun illər sirr olaraq qalırdı.
Bu mexanizmin mahiyyətini daha dərindən öyrənmək üçün professor Robert Gjivaçın rəhbərlik etdiyi, aspirantlar Piter Dizzel və Ceykob Gudjun iştirak etdiyi tədqiqat qrupu nadir bir izotop – indium-134-dən istifadə edib. Onun qeyri-sabit nüvələri CERN-in ISOLDE qurğusunda lazerlə ayrılma üsulu ilə əldə olunub. İndium parçalandıqda qalay-134, qalay-133 və qalay-132 izotopları yaranır və alimlər məhz bu keçidlərdə üç unikal hadisəni qeydə alıblar.
Əsas nəticə – β-gecikmiş ikili neytron emissiyası zamanı neytron enerjilərinin dünyada ilk dəfə ölçülməsi olub. Bu nadir tip parçalanma yalnız bir neçə saniyənin mində bir hissəsi qədər yaşayan ekzotik nüvələrdə baş verir. Onu ölçmək son dərəcə çətin idi, çünki neytronların elektrik yükləri yoxdur və onlar asanlıqla səpələnirlər; bu isə onların sayını və enerjisini müəyyən etməyi çətinləşdirir.
"Bu, həqiqətən böyük hadisədir," – deyə professor Gjivaç bildirib. – "İndiyədək heç kim eyni anda iki neytronun enerjisini ölçə bilməmişdi. İndi isə bizdə bu istiqamətdə tamamilə yeni tədqiqat sahəsinin əsasını qoyacaq eksperimental məlumatlar var."
Əldə olunan nəticələr alimlərə ulduz partlayışlarını və digər kosmik fəlakətləri təsvir edən modelləri təkmilləşdirməyə, eləcə də kainatın kimyasında mühüm rol oynayan ekzotik nüvələrin xüsusiyyətlərini daha dəqiq proqnozlaşdırmağa imkan verəcək.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Gəncənin ballistik raket atəşinə tutulması əmrinin Ermənistan rəhbərliyi tərəfindən növbəti dəfə təsdiqlənib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyev Qarabağ Universitetinin Klinikası binasının açılışında iştirak edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq
-
Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb
-
Şotlandiyada minlərlə insan Sİ üçün data-mərkəzlərin tikintisinə qarşıdır
-
INL: Qərbi Balkanın cinayət şəbəkələri ABŞ vətəndaşları üçün təhlükə yaradır
-
Ammar Baxşalıyev batut gimnastikası üzrə dünya çempionatının finalına yüksəlib













