Almaniyada quş qripi yayılıb: 400 mindən çox quş məhv edildi
Almaniyada H5N1 tipli quş qripi epidemiyası nəticəsində 400 mindən çox ev quşu itlaf edilib.
Far.Az xarici mediaya istinadən xəbər verir ki, virus ilk olaraq Brandenburg əyalətində aşkarlanıb, daha sonra digər bölgələrə yayılıb. Ən çox yoluxma halları Mecklenburg-Vorpommern və Brandenburgda qeydə alınıb.
Fridrix Löffler İnstitutunun rəhbəri Krista Kühn vəziyyətin sürətlə dəyişdiyini və yoluxma hallarının artmasının mümkün olduğunu bildirib. O, insanlara ölü vəhşi quşlardan uzaq durmağı və fermalara girməməyi tövsiyə edib.
Epidemiya nəticəsində istehsalçılar milyonlarla avro zərər görüb. Kənd təsərrüfatı naziri Alois Rainer itlaf edilən heyvanlar üçün təzminat məbləğinin artırılmasını təklif edib.
Oxşar xəbərlər
Göyçay və Ağdaşda restoranlarda vəhşi heyvan və quşların saxlanılması aşkarlanıb
Meymunçiçəyi virusu nədir, necə yayılır, COVID kimi pandemiyaya səbəb ola bilərmi?
Ağstafa və Ramanada qanunsuz saxlanılan heyvanlar IDEA-nın təşəbbüsü ilə xilas edilib
Hacıqabulda vəhşi heyvan və quşların saxlanıldığı məşhur restoranlarda monitorinq keçirilib
ABŞ-də H5N1 quş qripindən ilk ölüm qeydə alınıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
Beyrutda İraq parlamentinin keçmiş deputatının meyiti aşkarlanıb
-
ABŞ Nümayəndələr Palatası Pit Heqsetin impiçmenti təşəbbüsünü bloklayıb













