Yeni yarasa koronavirusu tapıldı - Alimlər ehtiyatlı olmağa çağırır
Far.Az xəbər saytı

Yeni yarasa koronavirusu tapıldı - Alimlər ehtiyatlı olmağa çağırır


Rusiyanın Rospotrebnadzor qurumu Braziliyada yarasalarda aşkarlanan yeni koronavirus infeksiyası ilə bağlı vəziyyəti diqqətlə izləyir.

Far.Az xəbər verir ki, bu barədə məlumatı qurumun mətbuat xidməti yayıb.

Mütəxəssislərin sözlərinə görə, Braziliya alimləri kiçik ölçülü, həşəratla qidalanan yarasalarda yeni virus növü müəyyən ediblər. O, BRZ batCoV adlandırılıb. Hazırda bu virusun insanlar üçün təhlükəli olduğuna dair sübut yoxdur.

Bununla belə, tədqiqatçılar qeyd ediblər ki, BRZ batCoV virusunun tikanabənzər zülal strukturunda (spayk zülalında) qısa bir fraqment aşkar olunub. Bu hissə insan və heyvan hüceyrələrində olan fermentlər tərəfindən parçalanma potensialına malikdir.

Mütəxəssislərin fikrincə, bu xüsusiyyət virusun hüceyrələrə daxil olmasını asanlaşdıra bilər.

"Rospotrebnadzorun aparıcı elmi-tədqiqat müəssisələrinin mütəxəssisləri BRZ batCoV virusunu aktiv şəkildə öyrənirlər. Hazırda virusun heyvanlardan insana keçmə riski aşağı olaraq qalır," – məlumatda qeyd olunub.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Hacıqabulda vəhşi heyvan və quşların saxlanıldığı məşhur restoranlarda monitorinq keçirilib
Azərbaycan alimləri Pekində keçirilən beynəlxalq kardiologiya konqresində çıxış etdilər
9-cu siniflərin buraxılış imtahanının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər