Azercell "CyberCell Hackathon" müsabiqəsinin qaliblərinielan etdi
27 oktyabr 2025-ci il tarixində "Azercell Telekom" MMC və Bakı Mühəndislik Universitetinin (BMU) birgə təşkilatçılığı ilə keçirilən "CyberCell Hackathon"un final mərhələsi baş tutub.
Yarış gənc istedadlara kibertəhlükəsizlik sahəsində bilik vəbacarıqlarını nümayiş etdirmək, real problemlərə innovativ texnoloji həllər təqdim etmək imkanı yaradıb.
Final mərhələsində 17 komanda hazırladıqları layihələri BMU və Azercell Telekomun ekspertlərindən ibarət münsiflər heyətinətəqdim edib.
Layihələr innovativlik, bazar və gəlir potensialı, kodkeyfiyyəti, texniki dayanıqlılıq, kibertəhlükəsizlik tədbirləri vəistifadəçi təcrübəsi kimi meyarlar əsasında qiymətləndirilib.Yekunda üç komanda qalib elan olunub.
Bağlanış mərasimində çıxış edən Azercell-in İnsan Kapitalının İdarə Edilməsi departamentinin direktoru Dilarə Hüseynova iştirakçıları təbrik edib və şirkətin "CyberCell Hackathon" kimi layihələr vasitəsilə ölkədə gənc mütəxəssislərin yetişdirilməsinə, rəqəmsal sahələrdə insan kapitalının inkişafına daima dəstək verdiyini bildirib.
Şirkətin Təhlükəsizlik departamentinin direktoru Fuad Səfərov təqdim olunan layihələrin innovativliyini yüksək qiymətləndirərək, onların kibertəhlükəsizlik sahəsində düşünülmüş və praktik yanaşmalara əsaslandığını qeyd edib.
BMU-nun elm və innovasiya məsələləri üzrə prorektoru Ağası Məlikov isə bu kimi təşəbbüslərin gənclərin innovativ düşüncə və komanda bacarıqlarının inkişafına töhfə verdiyini qeyd edərək universitetin bu istiqamətdə dəstəyinin davamlı olacağını bildirib.
Birinci yerə "Reportcell" layihəsi layiq görülüb. Bu sistem istifadəçilərə zəngləri real vaxtda qiymətləndirməyə və etibarlılığını yoxlamağa imkan yaradaraq, saxta zənglərə və səs klonlama hallarına qarşı müdafiə təmin edir. İkinci yerin qalibi "Z-SIFR" kibertəhlükəsizlik platforması kiberinsidentləri operativ şəkildə aşkar edir, mürəkkəb məlumatları hüquqi və analitik məqsədlər üçün etibarlı hesabatlara çevirir.
Üçüncü yeri isə "S.W.I.S.S." platforması qazanıb.
Süni intellekt əsaslı bu həll real vaxtda kiberhücumları aşkarlayır, istifadəçinin məlumatlarını təhlil edərək ehtiyaclara uyğun proqnozlaşdırıcı müdafiə təmin edir.
Qalib komandalar müvafiq olaraq 4000, 3000 və 2000 AZN dəyərində pul mükafatı ilə təltif olunublar.
Azercell qalib komandaları təbrik edir və onlara uğurlar arzulayır!
Oxşar xəbərlər
Maşın qiymətinə olan telefon nömrələri satışa çıxarıldı - SİYAHI
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azercell-in kibertəhlükəsizlik komandası "CIDC-2025 – Critical Infrastructure Defence Challenge" yarışında böyük uğur qazandı!
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Daşkəsəndə şəhidlərin xatirəsi anılıb, ehsan süfrəsi təşkil olunub
-
Vuçiç: Serbiyada dekabrda prezident seçkiləri keçiriləcək
-
İmişli Şəkər Zavodunda boş anbarda yanğın zamanı şəkər ehtiyatlarına zərər dəyməyib - YENİLƏNİB
-
Elm və Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi Zəfər parkını ziyarət edib
-
Xaçmazda yol qəzasında xəsarət alan doqquz nəfərin kimliyi məlum olub - YENİLƏNİB
-
Bakıya gəlmək istəyən erməni tankları













