Belçikada hərbi bazada dron həyəcanı – hökumət tədbir görür
Far.Az xəbər saytı

Belçikada hərbi bazada dron həyəcanı – hökumət tədbir görür


Belçikada hərbi bazanın üzərində dronların uçduğu barədə məlumat ölkəni təlaşa salıb. Hadisə ilə bağlı bölgəyə polis qüvvələri və helikopter göndərilib.

Far.Az xəbər verir ki, Belçika Müdafiə naziri Teo Franken bildirib ki, hadisə Kleine Brogel hərbi bazası yaxınlığında baş verib. Onun sözlərinə görə, dronun siqnalı kəsilməyə çalışılsa da, bu cəhd uğursuz olub və dron ələ keçirilə bilməyib. Nazir vurğulayıb ki, bu, təsadüfi uçuş deyil, məqsədli şəkildə hərbi bazanı hədəfə alan bir əməliyyat idi.

Franken Belçika hökumətini anti-dron sistemlərinə daha çox sərmayə yatırmağa çağırıb. Xarici İşlər Nazirliyindən verilən açıqlamada isə hadisə ilə bağlı istintaqın başladığı və yaxın günlərdə xüsusi qiymətləndirmə aparılacağı bildirilib.

Oxşar xəbərlər

Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər