Prokuror sağlamlıq mərkəzinin külli miqdarda pulunu mənimsəyən şəxsə ağır cəza istədi
Daxili İşlər Nazirliyinin "Xəzri" istirahət və sağlamlıq mərkəzinə məxsus 379 min manatdan artıq pul vəsaitini post terminallar vasitəsilə ələ keçirib leqallaşdırmaqda təqsirləndirilən Mahir Saadovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək Mahir Saadovun 4 il müəyyən vəzifə tutmaq hüququndan məhrum olunmaqla 11 il müddətinə azadlıqdan məhrum edilməsini və dəymiş zərərin ondan tutularaq müvafiq quruma ödənilməsini məhkəməyə təklif edib.
Zərərçəkən qurumun nümayəndəsi dövlət ittihamçısının çıxışı ilə tam razı olduğunu bildirib.
Təqsirləndirilən şəxsin vəkili çıxışında Mahir Saadovun cinayət işində məcəllənin 271.3-cü və 193-1.3.2-ci maddələri sübuta yetirilmədiyi üçün xitam verilməsini, digər maddənin isə tövsif olunaraq ona yüngül cəzanın verilməsini xahiş edib.
Təqsirləndirilən şəxsə son söz üçün vaxt verilib. Növbəti proses noyabrın 19-na təyin edilib.
Qeyd edək ki, Mahir Saadov Daxili İşlər Nazirliyinin "Xəzri" İstirahət və Sağlamlıq mərkəzinin külli miqdarda pulunu talamaqda ittiham olunur.
İttihama görə, o, həmin müəssisəyə qeydiyyatdan keçən şəxslərin post terminallardan etdiyi ödənişləri "geri qaytar" düyməsini basaraq geri alıb. O, tamah məqsədilə, müvafiq qurumun icazəsi olmadan, ümumilikdə 76 bank kartı vasitəsilə 379 min manatdan artıq vəsaiti ələ keçirib və leqallaşdırıb.
Mahir Saadova Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq - külli miqdarda ziyan vurmaqla törədildikdə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma - xeyli miqdarda törədildikdə) və 271.3-cü (kompüter sisteminə qanunsuz daxilolma - ictimai əhəmiyyətli infrastruktur obyektinin kompüter sisteminə və ya onun hər hansı bir hissəsinə münasibətdə törədildikdə) maddələri ilə yekun ittiham elan olunub.
Oxşar xəbərlər
Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Dövlət satınalmaları qanunvericiliyinin pozulmasına görə sanksiyaların dəyişdirilməsi ilk oxunuşda qəbul edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bulvarda Zəfər Günü ilə bağlı konsert keçiriləcək
-
Prezident İlham Əliyev Zəfər Günü münasibətilə paylaşım edib
-
Bakıda hərbi parad bu səbəbdən 13:00-da keçiriləcək
-
Beynin bir nömrəli dərmanı bu qida imiş - Alimlərdən yeni kəşf
-
Bakıda Zəfərin beşinci ilinə həsr olunan hərbi parad keçirilir - CANLI
-
Mətbuat Şurası: Azərbaycan jurnalistləri Zəfərin qazanılmasına mənəvi və ideoloji töhfə verdilər













