Azərbaycan millisinin Bakıdakı oyununa fransalı hakimlər təyinat alıblar
Far.Az xəbər saytı

Azərbaycan millisinin Bakıdakı oyununa fransalı hakimlər təyinat alıblar


21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Azərbaycan - Serbiya oyununa fransalı hakimlər təyinat alıblar.

"Far.Az" UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanı FIFA referisi Bastyen Deşepi idarə edəcək.

Ona Aleksis Oje və Parin Le Telye köməklik göstərəcək. Dördüncü hakim funksyasını Floren Batta yerinə yetirəcək.

Qeyd edək ki, sentyabrın 10-da Bakıdakı "Dalğa Arena"da təşkil olunacaq matç saat 19:00-da start götürəcək.

Oxşar xəbərlər

UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - YENİLƏNİB - 8
Lüksemburq - Azərbaycan oyununun hakim təyinatları açıqlanıb
Azərbaycan millisinin baş məşqçisi: Məqsədlərimizdən biri heyəti 40-50 faiz yeniləməkdir - MÜSAHİBƏ
UEFA Millətlər Liqası: Azərbaycan yığması İsveçə məğlub olub - YENİLƏNİB - 7
Azərbaycanın FIFA referisi UEFA-nın seminarında iştirak edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər