TAP vasitəsilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri açıqlanıb
Far.Az xəbər saytı

TAP vasitəsilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri açıqlanıb


Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) Yunanıstanın Kipoi çıxış nöqtəsindən noyabrın 10-da 367 milyon 021 min 291kVt/saat həcmində sifariş alınıb.

Far.Az report-a istinadən xəbər verir ki, bu, ötən həftənin bazar ertəsinin sifariş göstəriciləri ilə müqayisədə 4,91 % çoxdur.

Kipoi çıxış nöqtəsindən noyabrın 11-dən noyabrın 16-dək hər gün üçün 348 milyon 019 min 866 kVt/saat həcmində sifariş alınıb.

Bu, noyabrın 4-6-sına olan sifariş göstəriciləri ilə müqayisədə 0,53 %, noyabrın 7-sinə nisbətən təxminən 0,54 %, noyabrın 8-9-u ilə müqayisədə isə 5,18 % azdır.

Yunanıstanın Komotini çıxış nöqtəsindən noyabrın 10-dan noyabrın 16-dək hər gün üçün gündəlik sifarişlər ötən həftənin göstəricisi kimi 28 milyon 674 min 418 kVt/saat həcmində qeydə alınıb.

Yunanıstanın Nea Mesimvria çıxış nöqtəsindən noyabrın 10-dan noyabrın 16-dək hər gün üçün 30 milyon 346 min 301kVt/saat həcmində sifariş alınıb. Bu, daha əvvəlki həftənin sifariş həcmi ilə müqayisədə eynidir.

İtaliyanın Melenduqno çıxış nöqtəsindən qazın tədarükü üçün noyabrın 10-da 288 milyon 332 min 315 kVt/saat həcmində sifarişlər qəbul edilib. Bu, noyabrın 3-dəki olan sifariş göstəricisi ilə müqayisədə 6,48 % çoxdur.

Bu çıxış nöqtəsindən qazın tədarükü üçün noyabrın 11-dən 16-dək hər gün üçün 287 milyon 012 min 315 kVt/saat həcmində sifarişlər qəbul edilib. Bu, noyabrın 4, 5 və 6-sına olan sifariş göstəriciləri ilə müqayisədə 0,47 %, noyabrın 7-sinə nisbətən isə 0,99 %, azdır. Eyni zamanda, Melenduqno çıxış nöqtəsindən noyabrın 8 və 9-na olan sifariş göstəriciləri ilə müqayisədə qazın tədarükü 6,51 % azalıb.

Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
30 illiyini qeyd edən Azərbaycan enerjisinin ötən ilinə baxış
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
ICGB və Şərqi Avropanın 5 ölkəsinin qaz operatorları Ukraynaya qaz tədarükünün yeni marşrutlarını işə salırlar
“TAP AG” hidrogen qarışığının TAP ilə nəqli üçün tədqiqatların növbəti mərhələsinə başlayır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər