Azercell beynəlxalq "Etik Satınalma və Təchizat" sertifikatına layiq görülüb
Lider mobil operator CIPS Korporativ Etika Reyestrinə daxil olan ilk Azərbaycan şirkəti oldu
Ölkənin lider mobil operatoru "Azercell Telekom" MMC "Satınalma və Təchizat üzrə Britaniya Kral Assosiasiyası" (CIPS – The Chartered Institute of Procurement & Supply) tərəfindən təqdim olunan Etik Satınalma və Təchizat üzrə Korporativ Sertifikat ilə təltif olunub. Dünyada cəmi 170-ə yaxın şirkətin daxil olduğu CIPS Korporativ Etika Reyestrində Azercell Azərbaycanın yeganə təmsilçisidir.
Şirkətin Satınalma departamenti CIPS-in ESG (ekologiya, sosial və idarəetmə) prinsiplərinə əsaslanan "Etik Satınalma və Təchizat" proqramını uğurla tamamlayaraq ətraf mühitin mühafizəsi, insan hüquqlarının qorunması, eləcə də rüşvət və korrupsiya ilə mübarizə sahələrində yüksək nəticələr əldə edib.
Bu nailiyyət Azercell-in satınalma fəaliyyətində beynəlxalq etik tələblərə sadiqliyini və təchizat zəncirində dayanıqlılığı davamlı olaraq gücləndirdiyini təsdiqləyir. Həmçinin şirkətin etik biznes mühitinin və ESG prinsiplərinə əsaslanan idarəetmə modelinin inkişafına verdiyi önəmi də bir daha gündəmə gətirir.
Oxşar xəbərlər
Maşın qiymətinə olan telefon nömrələri satışa çıxarıldı - SİYAHI
Bakıda tanınmış şirkət bahalı maşınlarını ucuz qiymətə satışa çıxardı - SİYAHI
AFFA-da "Futbolda Uşaqların Hüquqlarının Qorunması" mövzusunda seminar təşkil olunub
"Greentech Solutions", BP və tərəfdaşları Azərbaycanda ESG sahəsində ilkə imza atdı
Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Mübariz Şahmurov dəfn olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tanınmış bloger Nəcibə Əhmədinin toyu olub
-
"Caspian International"ın vəzifəli şəxslərinin pulunu oğurladığı həkim Aytən Səfərova imiş
-
Gələn ilin büdcəsi I oxunuşda qəbul edilib
-
Avtoyuma məntəqəsindən BYD qaçırıb qəza törətdi
-
Çindən gətirilən avtomobillərin daşıma xərcləri 100 faizə qədər BAHALAŞDI
-
Göygöldə "Mercedes" divara çırpılıb, iki nəfər ölüb













