Rubio: ABŞ və İranın Nyu-Yorkdakı son görüşü ümidvericidir
Far.Az xəbər saytı

Rubio: ABŞ və İranın Nyu-Yorkdakı son görüşü ümidvericidir


BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ və İran nümayəndələri arasında dünənki danışıqlar böyük bir irəliləyişlə nəticələnməsə də, dialoqun baş tutması faktının özü ümidvericidir.

"Far.Az" xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio Nyu-Yorkda jurnalistlərə bildirib.

"Mən dünənki danışıqları böyük bir irəliləyiş kimi təqdim etmək istəmirəm, lakin eyni zamanda ən azı dialoqun baş tutması faktını əhəmiyyətli hesab edirəm", - Rubio deyib.

Onun sözlərinə görə, İranla razılaşmanın əldə olunması uzunmüddətli və zəhmətli iş tələb edəcək. Rubio qeyd edib ki, ABŞ Prezidentinin hərbi variant da daxil olmaqla, fəaliyyət üçün bir sıra əlçatan variantları var.

Dövlət katibi həmçinin bildirib ki, ABŞ Hörmüz boğazını qorumağa və bu marşrut üzrə gəmiçilik azadlığını təmin etməyə davam edəcək.

Oxşar xəbərlər

Leyla Əliyeva və Arzu Əliyeva Nyu-Yorkda sərgidə iştirak ediblər
Global Media Group BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər