ABŞ Çinlə daha geniş ticarət sazişini nəzərdən keçirir
Far.Az xəbər saytı

ABŞ Çinlə daha geniş ticarət sazişini nəzərdən keçirir


ABŞ Çinlə daha genişmiqyaslı ticarət sazişi bağlama ehtimalını nəzərdən keçirir.

"Far.Az"un Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın maliyyə naziri Skott Bessent Çin Dövlət Şurasının baş nazir müavini He Lifenglə görüşünün yekunları ilə bağlı açıqlamasında bildirib.

Onun sözlərinə görə, görüş zamanı Çin tərəfi daha geniş ticarət sazişinin bağlanmasını təklif edib.

ABŞ maliyyə naziri Vaşinqtonun Pusanda əldə olunmuş razılaşmanın müddətinin uzadılmasına və ya daha genişmiqyaslı yeni ticarət sazişinin imzalanmasına açıq olduğunu bildirib.

"Bizim üçün hər iki variant məqbuldur. ABŞ xalqının maraqlarına ən çox cavab verən yolu seçəcəyik", – deyə Bessent vurğulayıb.

Daha sonra ABŞ maliyyə naziri "X" sosial şəbəkəsində paylaşım edərək He Lifenglə ABŞ-Çin iqtisadi münasibətlərinə dair "məzmunlu danışıqlar" apardığını bildirib.

Oxşar xəbərlər

İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Global Media Group BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər