Gələn ildən qaz limitləri ləğv oluna bilər? - AÇIQLAMA
Qaz sərfiyyatının artması fonunda əhali arasında limitlərin ləğvi məsələsinə dair narahatlıq yenidən gündəmə gəlib. İnsanlar xüsusilə qış mövsümündə limitlərin tez dolması və əlavə ödənişlərin artması ilə bağlı suallar ünvanlayırlar.
Maraqlıdır, qaz limitinin ləğvi mümkündürmü?
Far.Az xəbər verir ki, mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli konkret.az-a açıqlmasında bildirib ki, ölkədə kommunal xidmətlər üzrə bütün tarif qərarlarını Nazirlər Kabineti yanında Tarif Şurası verir və bu məsələ uzun müddətdir müzakirə olunsa da, real addım atılmayıb.
Ekspertin sözlərinə görə, qaz və işıq limitlərinin aradan qaldırılması ilə bağlı əvvəllər müəyyən müzakirələr aparılsa da, artıq bu mövzu gündəmdə deyil:
"Limitlərlə bağlı məsələ dəfələrlə gündəmə gəlsə də, hər hansı qərarın qəbul olunduğunu görməmişik. İndi isə ümumiyyətlə bu istiqamətdə müzakirələr aparılmır."
Natiq Cəfərli həmçinin qeyd edib ki, gələn ildən su və digər kommunal xidmət tariflərinin artırılması ilə bağlı çağırışlar səslənir. Dövlət şirkətləri yüksək maya dəyəri və xərclərin gəlirləri ödəməməsi fonunda öz narahatlıqlarını bildirirlər.
Ekspert hesab edir ki, məhz bu səbəbdən qaz limitinin ləğvi real görünmür:
"Düşünmürəm ki, yaxın zamanda bununla bağlı qərar qəbul olunsun. Azərbaycan neft-qaz ölkəsi olsa da, işıq və qazda limitlərin mövcudluğu əhalini narahat edən əsas məsələlərdən biridir."
Oxşar xəbərlər
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycanda məhsul və xidmətin qiymətini hansı qurum tənzimləyir?
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq
-
İstanbul hava limanında sərnişinin baqajından 12,8 kq narkotik aşkarlanıb
-
"SpaceX" ilk dəfə orbital uçuşdan sonra "Starship" gəmisini uğurla tutub
-
Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb













